
Stasionar telefon Panasonic












15 ₼
Stasionar telefon Panasonic
For saleAnalyzedUsedToday
CityBakı
Date
Number№3951570
Description
“Panasonic” markalı KX-TG6073S model qutusunda işlənmiş stasionar (ev) telefon satılır. İşlək vəziyyətdədir.
Telefon dəstəyinin 2-si dəqiq işləyir, lakin birində nasazlıq var.
Dəstəklərdən yalnız birinin yeni batareyası var, digər ikisində yoxdur.
Dəstə daxildir: telefon bazası, 3 telefon dəstəyi, 2 enerji doldurma cihazı, 1 enerji doldurma adapteri, divara montaj üçün kronşteyn, batareya, tez quraşdırma bələdçisi. Baza qurğusundan telefon arasında əlaqə qapalı məkanda 50 metrə, açıq havada isə 300 metrə qədər əhatə dairəsinə malikdir.
Telefon aşağıdakı xüsusiyyətlərə malikdir:
- Dəstək sayı: 3 ədəd (4 dəstəyə qədər genişləndirilə bilər)
- Interkom rejimi: həm dəstək-dəstək, həm də baza-dəstək arasında danışıla bilər
- 50 nömrəlik telefon kitabçası;
- Daxil olan zəngdə nömrə təyinetmə xidməti;
- Zəng çalınarkən abunəçinin adının ingilis dilində tələffüz edilməsi;
- Zəng gözlətmə;
- Zəngli qutu: zəngə cavab verilmədikdə 18 dəqiqə yazılma vaxtı ilə rəqəmsal cavablandırıcı (ismarıc saxlanma);
- Dinamiklə danışma həm bazada var, həm də əlavə telefon dəstəklərində;
- Zəng melodiyası seçimi;
- Konfrans Zəngi: 4 istiqamətli konfrans zəngi dəstəkləyir (baza/dəstək-dəstək-dəstək-xətt)
- Xəbərdarlıq siqnalı qurulma;
- Telefon dəstəyində qulaqlıq portu
- Batareya: Ni-MH, 5 saat danışma müddəti, 11 gün gözləmədə (standby)
- Montaj: Masa üstü və ya divara asılma
Cüzi endirim mümkündür.
📍Yeri: Binəqədi r-nu Rəsulzadə qəs Kapital Bank Azadlıq filialı olan bina
📦Pulsuz yalnız Azadlıq prospekti m/st-na çatdırıla bilər
Ödənişli taksi xidməti ilə çatdırılma var
Listing source
Open the original listing© Cavid tap.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
Similar listings
View all



FH Store






FH Store

FH Store

FH Store


Murad Telefon - Texniki Servis

Yes Tel
