Prayk

Steward (Təmizlik işçisi)

800 ₼
Verified1 months ago
City
Bakı
Date
Views
7
Number
№2446780

Description

Satış obyektlərimizə “Steward (Təmizlik işçisi)” vakansiyası üzrə məsuliyyətli və cəld kişi namizəd axtarırıq. İş şəraiti İş qrafiki: 6 günlük iş rejimi Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir Ünvan: Nərimanov rayonu Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində“Steward (Təmizlik işçisi)” qeyd etməklə email ünvanına göndərə bilərlər. Mətbəx və təmizlik işlərində səliqəli və diqqətli olmaq İş intizamına və sanitariya-gigiyena qaydalarına riayət etmək Komandada işləmək bacarığı Məsuliyyətli, punktual və işinə ciddi yanaşmaq Restoran və ya mətbəxdə iş təcrübəsi arzuolunandır Qab-qacaq, mətbəx avadanlıqları, inventar və digər yuyula bilən əşyaları müəyyən edilmiş qaydalara uyğun yumaq və dezinfeksiya etmək. Təmiz yuyulmuş qab-qacağı qurudaraq müəyyən edilmiş yerlərdə səliqəli şəkildə yerləşdirmək. Qabların yuyulması zamanı yuyucu və dezinfeksiyaedici vasitələrdən təlimata uyğun istifadə etmək. Qab-qacaq və mətbəx inventarının gigiyenik vəziyyətinə nəzarət etmək. Mətbəxin, qab yuma sahəsinin, anbar və digər yardımçı sahələrin təmizliyini təmin etmək. Döşəmə, divar, iş səthləri, rəflər, zibil qabları və digər sahələrin təmizliyində iştirak etmək. Mətbəx avadanlıqlarının və inventarının təmizlənməsində aşpazlara və digər mətbəx əməkdaşlarına kömək etmək. Tullantıları müəyyən edilmiş qaydalara uyğun toplamaq, çeşidləmək və təyin olunmuş əraziyə çıxarmaq. Zibil qablarının vaxtında boşaldılmasını və təmiz saxlanılmasını təmin etmək. Qab-qacaq, avadanlıq və inventarda sınıq, çat, nasazlıq və ya digər qüsurlar aşkar etdikdə dərhal məsul şəxsə məlumat vermək. Təmizlik vasitələrinin düzgün və təhlükəsiz saxlanılmasını təmin etmək. Mətbəx və yardımçı sahələrdə sürüşmə, su sızması, avadanlıq nasazlığı və digər təhlükəli vəziyyətləri dərhal rəhbərliyə bildirmək Əmək haqqı: 700-800 AZN

© TAİS İKF MMC azjob.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp