Stol üçün künclük ev mühitində uşaqların təhlükəsizliyini təmin etmək və mebelin iti künclərindən müdafiə olunmaq üçün nəzərdə tutulmuşdur. Bu koruyucu künclüklər stol və digər mebellərin kənarlarına yapışdırılaraq uşaqların baş və ya bədən hissələrinin bərk künclərə dəyməsi riskini azaldır.
Şəffaf silikon material mebelin xarici görünüşünü pozmadan görünməz qoruma təmin edir. Yumşaq və elastik quruluşu zərbə gücünü zəiflətməyə imkan verir.