Swissdent klinikası olaraq özünəgüvənən peşəkarları hazırda genişlənməkdə olan Bakı və Sumqayıt komandamıza qoşulmağa dəvət edirik.
İş barəsində məlumat:
Müraciət edən pasiyentlərin müayinə olunması
Müalicə planının hazırlanması
Protokola uyğun müayinə və müalicə proseslərinin yerinə yetirilməsi
Müayinə və müalicə nəticələrinin müvafiq ERP sistemə işlənməsi
Klinika tərəfindən təmin edilir:
Lazım olan bütün material və avadanlıq
Koordinator xidməti
Tibb bacısı xidməti
Davamlı artan pasiyent bazası
Rəqabətə davamlı sabit maaş + əlavə % (müsahibə zamanı bildirilir)
Rəsmi stabil iş yeri
Multidissiplinar yanaşma
Korporativ iş mühiti və peşəkar kollektivdə çalışma
Namizədə tələblər:
Müvafiq sahə üzrə ali təhsil
İxtisası üzrə əlavə sertifikatların mövcudluğu üstünlükdür
Minimum 3 il iş təcrübəsi
Dil bilikləri: Azərbaycan, Rus, İngilis dilinin olması arzu olunandır
Peşəkar etika və peşəkar ünsiyyət psixologiyası biliyi
Yüksək səviyyədə komandada işləmə qabiliyyəti və müştəri yönümlülük
İnsanpərvərlik, punktuallıq, məsuliyyətlilik
Tələblərə uyğun namizədlər mövzu yerinə “Stomatoloq” yazmaqla CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Diplomu təsdiqlənməmiş (xaricdə təhsil alan namizdələr üçün), müvafiq sertifikasiya proqramından keçməmiş və ya sertifikatının etibarlılıq müddəti bitmiş namizədlərdən müraciət etməmələri öncədən xahiş olunur.
Son müraciət tarixi: 19.11.2026
© SwissDent · jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.