Prayk
Strategiya və layihələrin idarə olunması üzrə mütəxəssis — Vakansiyalar, Bakı
Negotiable

Strategiya və layihələrin idarə olunması üzrə mütəxəssis

Verified3 weeks ago
CityBakı
CategoryVacancies

№5563098·Views: 48

Description

Strateji təşəbbüslər və layihələr üzrə məlumatları toplamaq, sistemləşdirmək və icra vəziyyətini izləmək;İllik və orta müddətli strateji planların hazırlanması üçün tələb olunan məlumatların və analitik materialların hazırlanmasına dəstək göstərmək;Layihələrin vaxt, büdcə, əhatə dairəsi və nəticə göstəricilərini izləmək, kənarlaşmaları müəyyən etmək və aidiyyəti tərəflərlə dəqiqləşdirmələr aparmaq;Layihə planlarının, fəaliyyət cədvəllərinin, status hesabatlarının və digər layihə sənədlərinin hazırlanmasını və yenilənməsini həyata keçirmək;Layihə risklərini, gecikmələri və icra zamanı yaranan məsələləri qeydiyyata almaq, onların izlənilməsini və vaxtında eskalasiya olunmasını təmin etmək;Strateji və layihə göstəriciləri üzrə dövri hesabatlar, analitik cədvəllər və rəhbərlik üçün təqdimat materialları hazırlamaq;Layihə və təşəbbüslər üzrə məlumatların düzgünlüyünü, tamlığını və aktuallığını yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar üzrə düzəlişlərin aparılmasını izləmək;Trendlər, mövcud bazar dinamikası, rəqib təhlili və müştəri fikirləri barədə təhlil aparmaq və məlumat toplamaq;Layihə idarəetmə prosedurlarının, hesabat formatlarının və iş axınlarının tətbiqinə dəstək göstərmək, təkmilləşdirmə üzrə təkliflər hazırlamaq;Strateji təşəbbüslərin və layihələrin icrası üzrə görüşlərin təşkili, qərarların və fəaliyyətlərin qeydiyyatı və sonrakı izlənilməsini həyata keçirmək;Digər bölmə və şöbələrlə koordinasiyalı şəkildə əməkdaşlıq etmək və layihə və strategiya üzrə tələb olunan məlumatların vaxtında təqdim olunmasını təmin etmək. Tələblər: Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Maliyyə və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;Strategiya, layihələrin idarə olunması, biznes analitikası və ya müvafiq sahə üzrə 1–2 il iş təcrübəsi;Güclü analitik düşünmə və problem həll etmə bacarıqları;Böyük həcmli məlumatları toplamaq, sistemləşdirmək, təhlil və təqdim etmək, detallara və dəqiqliyə yüksək diqqət yetirmək bacarığı;Xüsusilə Microsoft Excel və PowerPoint olmaqla, Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;Mürəkkəb məlumatları aydın, strukturlaşdırılmış və yığcam şəkildə təqdim etmək, həm yazılı, həm də şifahi effektiv kommunikasiya bacarıqları;Rus dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı üstünlükdür;Strategiya konsaltinqi, biznes təhlili, strateji planlaşdırma və ya korporativ strategiya sahəsində iş təcrübəsi üstünlük hesab olunur. Biz nə təklif edirik: AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;Həyat yığım sığortası;Könüllü tibbi sığorta;Uşaqlara məktəb endirimləri;Push 30 proqramından 75% endirim ilə yararlanmaq imkanı;Peşəkar inkişaf imkanı. Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar. Vakansiya növü: Tam ştat Şirkət: Landau Education Group Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/landauschool/landauschool-strategiya-ve-layihelerin-idare-olunmasi-uzre-mutexessis-89620712/apply
ADVERTISEMENT