Prayk
Studiya üslubunda müasir mətbəx mebeli – ada ilə birlikdə Peşəkar — Mətbəx mobilyası, Bakı
1 350 ₼

Studiya üslubunda müasir mətbəx mebeli – ada ilə birlikdə Peşəkar

For saleVerifiedUsed1 weeks ago
City
Bakı
Date
Views
10
Number
№5354868

Description

STUDİYA ÜSLUBUNDA MÜASİR MƏTBƏX MEBELİ – ADA İLƏ BİRLİKDƏ Peşəkar aşpaz olaraq bu mətbəxi xüsusi olaraq kulinariya çəkilişləri və studiya istifadəsi üçün fərdi sifarişlə hazırlatmışam. Dizaynında həm estetik görünüşə, həm də funksionallığa xüsusi diqqət yetirilib. Mebel cəmi 6 ay istifadə olunub, çox səliqəli vəziyyətdədir. Yaşıl MDF fasadları, taxta teksturalı dəzgahları və geniş iş səthi olan adası ilə müasir görünüşə malikdir. ÖLÇÜLƏR: Əsas mətbəx mebeli (üst və alt hissələr): 310 sm Mətbəx adası: 160 sm uzunluq, 75 sm hündürlük Adada 2 qapılı saxlama bölməsi və geniş orta rəf mövcuddur. MATERİAL: Ön fasadlar və ada: MDF membran Daxili rəflər: laminat Dəzgahlar: taxta teksturalı Rəng: yaşıl KOMPLEKTƏ DAXİLDİR: Əsas mətbəx mebeli və üst şkaflar Mətbəx adası Dəzgahlar Keyfiyyətli qara moyka və kran VACİB QEYDLƏR: Fotodakı Bosch elektrik plitəsi və dekorativ aksesuarlar qiymətə daxil deyil. Adanın bir qapısında petlə quraşdırılmayıb. Qırıq və cızıq yoxdur. Mebel və ada yalnız birlikdə satılır. Sökülməsi və daşınması alıcının öhdəliyindədir. İlk 3 foto yeni quraşdırıldığı, son 4 foto isə hazırkı vəziyyətini göstərir. Mənzili satıb işlə əlaqədar İtaliyaya köçdüyüm üçün satıram. Qiymət: 1350 AZN. Real alıcı ilə yerində cüzi endirim mümkündür.
ADVERTISEMENT
WhatsApp