Prayk
Süni İntellekt üzrə rəhbər (Head of AI) — İT, telekommunikasiya, Bakı
Negotiable

Süni İntellekt üzrə rəhbər (Head of AI)

VerifiedToday
City
Bakı
Date
Views
1
Number
№5931329

Description

Əsas vəzifə öhdəlikləriDövlətin AI strategiyasına və təşkilati prioritetlərə uyğun İRİA-nın AI vizyonunu, strategiyasını və inkişaf yol xəritəsini hazırlamaq və icrasına rəhbərlik etmək.AI təşəbbüsləri, məhsulları və texnoloji həllər üzrə vahid portfel formalaşdırmaq, layihələri biznes dəyəri, texniki imkanlar, risklər və resurs ehtiyaclarına əsasən prioritetləşdirmək.AI Center of Excellence (AI CoE) strukturunu və iş modelini qurmaq, AI/ML mühəndisliyi, arxitektura, MLOps/LLMOps və məhsul idarəetməsi üzrə komandanın formalaşdırılmasını və inkişafını təmin etmək.AI layihələri üzrə büdcə, resurs və nəticə göstəricilərini müəyyən etmək, icra prosesinə və əldə olunan nəticələrə nəzarət etmək.İRİA-nın daxili proseslərində avtomatlaşdırma imkanlarını müəyyən etmək, sənəd emalı, məlumat axtarışı, hesabatların hazırlanması, müraciətlərin təsnifatı və digər əməliyyatlar üzrə AI həllərinin tətbiqinə rəhbərlik etmək.AI köməkçiləri və agentlərinin daxili sistemlərə inteqrasiyasını təmin edərək əməkdaşların məhsuldarlığını və iş proseslərinin səmərəliliyini artırmaq.MyGov platformasında vətəndaş müraciətlərinin cavablandırılması, xidmətlərə yönləndirilməsi, formaların doldurulması və əməliyyatların tamamlanmasını dəstəkləyən AI həllərinin hazırlanmasını idarə etmək.MyGov üçün mətn və səs əsaslı AI köməkçilərinin inkişafını, Azərbaycan dilində cavablandırma, nitqin tanınması və səsləndirilməsi keyfiyyətini təmin etmək.Milli Məlumat Hövzəsi (MMH) ilə inteqrasiya olunan ortaq AI platformalarının və dövlət qurumları üçün GPU-as-a-Service, LLM-as-a-Service kimi xidmətlərin yaradılmasına rəhbərlik etmək.AI Gateway, model kataloqu, API-lər, təhlükəsiz məlumat axtarışı və təkrar istifadə edilə bilən AI komponentlərinin inkişafını təmin etmək, dövlət qurumlarının platformalara inteqrasiyasını və texniki dəstəyini koordinasiya etmək.AI həllərinin texniki arxitekturasını, model və texnologiya seçimini, korporativ sistemlərlə inteqrasiyasını və infrastruktur ehtiyaclarını müəyyən etmək.Generative AI, LLM, RAG, fine-tuning və agentik AI texnologiyalarının tətbiqini, modellərin qiymətləndirilməsi, optimallaşdırılması və davamlı inkişafını idarə etmək.On-prem və hibrid AI infrastrukturu, GPU resursları, MLOps/LLMOps prosesləri, modellərin monitorinqi və təhlükəsiz istismarını təmin etmək.Data Governance, hüquq və informasiya təhlükəsizliyi komandaları ilə əməkdaşlıq edərək AI governance siyasətlərini, istifadə standartlarını və risklərin idarə edilməsi mexanizmlərini formalaşdırmaq.Məlumat məxfiliyi, model təhlükəsizliyi, qərəz, hallüsinasiya və məlumat sızması risklərinin qiymətləndirilməsini, AI həllərində insan nəzarəti və keyfiyyət mexanizmlərinin tətbiqini təmin etmək.Dövlət qurumları, texnologiya vendorları və digər tərəfdaşlarla əməkdaşlığı, bilik transferini və ortaq AI həllərinin tətbiqini koordinasiya etmək. Tələblər: Kompüter elmləri, süni intellekt, mühəndislik, riyaziyyat və ya əlaqəli sahə üzrə ali təhsil; magistr dərəcəsi üstünlükdür.AI/ML, data və ya texnologiya məhsullarının inkişafı üzrə minimum 5-7 il, komanda və ya funksiya rəhbərliyi üzrə minimum 3 il təcrübə.Bir neçə biznes funksiyası, dövlət qurumları və texnologiya vendorları ilə paralel layihələrin idarə edilməsi təcrübəsi.AI/ML, Generative AI, LLM, RAG və agentik AI arxitekturaları üzrə dərin bilik.Python, API inteqrasiyaları, korporativ sistemlər və data platformaları ilə iş təcrübəsi.Model seçimi, fine-tuning, qiymətləndirmə və optimallaşdırma üzrə praktiki anlayış.On-prem/private cloud, GPU infrastrukturu və MLOps/LLMOps üzrə bilik.NLP, STT/TTS, AI governance, məlumat məxfiliyi və informasiya təhlükəsizliyi üzrə biliklər.AI məhsullarının yol xəritəsi, biznes əsaslandırması, TCO və nəticə göstəricilərini formalaşdırmaq bacarığı.Strateji düşünmə, qərarvermə və prioritetləri müəyyən etmək bacarığı.Texniki komandaları qurmaq, idarə etmək və inkişaf etdirmək bacarığı..Azərbaycan və ingilis dillərində peşəkar ünsiyyət bacarığı. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Rəhbər Şirkət: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/idda/idda-suni-intellekt-uzre-rehber-head-of-ai-36779644/apply
ADVERTISEMENT