Prayk
Sürücü (Refrijerator, Yük avtomobili) — Nəqliyyat, logistika, anbar
800 ₼

Sürücü (Refrijerator, Yük avtomobili)

VerifiedYesterday
Date
Views
3
Number
№4666257

Description

İş yeri –Xırdalan şəhəri, anbar. İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi Namizədə aid tələblər: Müvafiq vəzifədə 5 ildən az olmayaraq iş təcrübəsi; Refrijerator və ya yük avtomobillərinin idarə olunması sahəsində minimum 2 il iş təcrübəsi; BC kateqoriyalı sürücülük vəsiqəsi; Yol hərəkəti qaydalarını və yükdaşınma prinsiplərini yaxşı səviyyədə bilməsi; Şəhərdaxili marşrutları yaxşı tanımaq və təhlükəsiz sürücülük bacarıqlarına malik olmaq; Komandada işləmək bacarığı; Diqqətli, məsuliyyətli, intizamlı və operativ olmaq; AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır. Əsas vəzifə öhdəlikləri: Mal-materialları qaimələr əsasında anbardan qəbul etmək, say və çeşidini yoxlamaq, uyğunsuzluqlar barədə rəhbərliyi məlumatlandırmaq; Malların avtomobilə düzgün və təhlükəsiz yüklənməsinə və daşınma zamanı zədələnməsinin qarşısının alınmasına nəzarət etmək; Gündüz və ya gecə reysləri üzrə refrijerator nəqliyyat vasitəsi ilə malların mərkəzi anbardan restoranlara müəyyən edilmiş marşrut üzrə vaxtında və təhlükəsiz çatdırılmasını təmin etmək; Dondurulmuş, soyudulmuş və quru qida məhsullarının temperatur rejiminə uyğun şəkildə təhlükəsiz daşınmasını təmin etmək; Çatdırılma qrafikinə və marşrut planına riayət etmək, gecikmə və ya digər fövqəladə hallar baş verdikdə dərhal rəhbərliyə məlumat vermək; Malları restoranlarda qaimələr əsasında məsul şəxslərə təhvil vermək və müşayiətedici sənədləri düzgün rəsmiləşdirmək; Nəqliyyat vasitəsinin texniki sazlığını, təmizliyini və refrijerator avadanlığının işlək vəziyyətdə olmasını təmin etmək; Şirkətə məxsus nəqliyyat vasitəsinin, daşınan mal-materialların və digər əmlakın qorunmasına məsuliyyətlə yanaşmaq; Yol hərəkəti qaydalarına, əməyin mühafizəsi və şirkətin daxili intizam qaydalarına riayət etmək; Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək. İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; 6 günlük iş rejimi; Anbar – Xırdalan şəhəri; Əməkhaqqı - 800 Azn, 3 ay sonra artım. Müasir idarəetmə sistemi və mehriban kollektiv. Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Sürücü (Refrijerator, Yük avtomobili)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Maaş: 800 AZN Son müraciət tarixi: 15.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/gfc-mmc-surucu-refrijerator-yuk-avtomobili-153979
ADVERTISEMENT