Prayk

Sürücülük təlimçisi

500 ₼
Verified2 months ago
City
Bakı
Date
Views
9
Number
№2132767

Description

Sürücülük təlimçisi tələb olunur Yeni fəaliyyətə başlayacaq sürücülük təlimi xidmətimiz üçün məsuliyyətli və səbirli sürücülük təlimçiləri axtarırıq. İş şəraiti: Təlim avtomobili şirkət tərəfindən təmin olunur; Müştərilər şirkət tərəfindən təmin olunur; Şəxsi avtomobil tələb edilmir; İş qrafiki əvvəlcədən razılaşdırılmış uyğun saatlara və dərslərin sayına əsasən qurulur; Ödəniş keçirilmiş dərslərin sayına əsasən hesablanır; Elan bölməsində göstərilən 500–1000 AZN aylıq qazanc aralığı təxminidir və keçirilən dərslərin sayından asılı olaraq dəyişir; Sabit aylıq maaş modeli nəzərdə tutulmur. Tələblər: Etibarlı sürücülük vəsiqəsi; Minimum 5 il aktiv sürücülük təcrübəsi arzuolunandır; Yol hərəkəti qaydalarını yaxşı bilmək; Sakit, səbirli və məsuliyyətli olmaq; İnsanlarla düzgün ünsiyyət qurmaq və öyrətmə bacarığı; Punktual olmaq və təyin edilmiş dərs saatlarına riayət etmək; Sürücülük təlimçisi kimi əvvəlki təcrübə üstünlükdür, lakin məcburi deyil. Vəzifə öhdəlikləri: Müştərilərə praktiki avtomobil idarəetməsini öyrətmək; Şəhər daxilində təhlükəsiz sürmə, parklanma, manevr və digər praktiki bacarıqları öyrətmək; Yeni başlayan şəxslərlə səbirli və aydın şəkildə işləmək; Təyin olunmuş dərslərə vaxtında gəlmək; Təlim zamanı yol hərəkəti və təhlükəsizlik qaydalarına ciddi riayət etmək; Əvvəlcədən hazırlanmış dərs qrafikinə uyğun işləmək. Maaş: 500-1000 AZN Yaş: 25-55 Təhsil: Orta İş təcrübəsi: 1 ildən 3 ilə qədər

© Sürücülük Təlimi boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp