Şüşə qapılı vitrin tipli soyuducu.
Məhsulların rahat görünməsi və səliqəli yerləşdirilməsi üçün uyğundur. Ön hissəsi şəffaf şüşə qapı ilə hazırlanıb, bu da içəridə olan ərzaq və bankaları qapını açmadan görməyə imkan verir. Daxildə bir neçə rəf mövcuddur və müxtəlif hündürlükdə məhsulların yerləşdirilməsi üçün əlverişlidir.
Xüsusiyyətləri:
- Şüşə ön qapı
- Vitrin tipli dik dizayn
- Bir neçə daxili rəf
- Konserva bankaları, içkilər, meyvə-tərəvəz və digər ərzaqların saxlanması üçün münasib
- Ev, kiçik mağaza, kafe və yardımçı məkanlarda istifadə üçün uyğun görünüş
Rəflər sayəsində məhsulları kateqoriya üzrə ayırmaq və səliqəli saxlamaq mümkündür. Hündür və dar quruluşu çox yer tutmadan saxlama imkanı yaradır. Qırmızı-ağ rəngli korpus vitrin soyuducular üçün klassik görnüş təqdim edir.