“Tanrının adamları” sadə insanların həyatından fraqmentlərdir. Müəllif bu hekayələrdə gözə çarpmayan kənd adamlarının ömür yolundakı həlledici anları yaxalayaraq onların ağrı-acılarına, xiffətinə, kədərinə şərik olmağımıza imkan yaradır. Və oxucu kimi bu hissləri keçirdikcə, personajlarla həmdərd olduqca dəyişirik, həssaslığımız daha da artır, bir sözlə, əvvəlki insan olmuruq. “Məndən soruşsanız ki, həyat hansı vaxtda, hansı şəhərdə və hansı evdə gözəl idi... Deyərdim ki, ilk dəfə günəşində gəzindiyim, yağışında islandığım, torpağında uzandığım kəndimizdə; pəncərələri yamyaşıl düzənliklərə açılan o evimizdə. Bu yaşıma qədər elə bilirdim ki, insan üçün doğulduğu yer yox, öldüyü yerdir vətən. İndi isə anlayıram: insan üçün vətən – darıxdığı yerdir. O vətən ki, orada “Tanrı adamları” var; o vətən ki, günəşi məşum, göy üzü tərtəmizdir”.
Müəllif: Ruzbeh
Nəşriyyat: Parlaq İmzalar
Dil: AZE
Cild: Yumşaq
© libraff.az · The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.