Prayk

Təchizat üzrə mütəxəssis

1 700 ₼
Verified2 days ago
City
Bakı
Category
Vacancies
Date
Views
3
Number
№4607391

Description

Karyeranızı təchizat və satınalma sahəsində növbəti mərhələyə daşımağa hazırsınız?GESCO ASC komandamıza Təchizat üzrə mütəxəssis axtarır! 📍 Struktur şöbə/bölmə: Təchizat və Logistika Departamenti💼 Vəzifə: Təchizat üzrə mütəxəssis💰 Əmək haqqı: 1700 AZN (NET)🕘 İş rejimi: I–V günlər, 09:00–18:00🍽 Nahar fasiləsi: 13:00–14:00📍 İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi 🔹 Vəzifə öhdəlikləri:• Şirkətin satınalma prosedurlarına uyğun olaraq mal, iş və xidmətlərin satınalma proseslərini (Tender, RFQ, RFI, RFP və s.) planlaşdırmaq, təşkil etmək idarə etmək;• Daxil olan satınalma tələbnamələrini (PR) texniki spesifikasiyalar və sənəd tamlığı baxımından yoxlamaq, uyğun satınalma metodunu müəyyən etmək;• Təchizatçı araşdırmaları aparmaq, yeni təchizatçıları müəyyən etmək, qiymətləndirmək və etibarlı təchizatçı bazasını formalaşdırmaq;• Təchizatçılardan kommersiya təklifləri almaq, qiymət, keyfiyyət, çatdırılma müddəti, ödəniş şərtləri və digər meyarlar üzrə müqayisəli təhlillər hazırlamaq və danışıqlar aparmaq;• Purchase Order (PO), satınalma müqavilələri və digər sənədləri hazırlamaq, razılaşdırılmasını təşkil etmək və ERP sistemində satınalma proseslərini idarə etmək;• Sifarişlərin icrasına nəzarət etmək, logistika və çatdırılma proseslərini koordinasiya etmək, malların vaxtında tələblərə uyğun təhvil verilməsinin təmin etmək;• Fakturaları, qaimələri, material sertifikatlarını və digər satınalma sənədlərini yoxlamaq, arxivləşdirmək və maliyyə şöbəsi ilə ödəniş proseslərini əlaqələndirmək;• Bazar qiymətlərini, təchizat risklərini və bazar trendlərini izləmək, alternativ məhsullar, təchizat mənbələri və qənaət imkanları barədə təkliflər vermək;• Gecikmiş çatdırılmalar, keyfiyyət uyğunsuzluqları və təchizatçılarla yaranan mübahisələri operativ həll etmək və şirkətin maraqlarını qorumaq;• Satınalma fəaliyyəti üzrə hesabatlar hazırlamaq, satınalma məlumatlarının sistemli uçotunu və arxivləşdirilməsini təmin etmək, daxili istifadəçilərlə sıx əməkdaşlıq edərək satınalma proseslərinin fasiləsiz icrasını təmin etmək. 🔹 Namizədə dair tələblər:• İqtisadiyyat, Təchizat və ya Maliyyə sahəsi üzrə ali təhsil;• Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi;• İngilis dili (B1-B2 səviyyəsində);• MS Office (əla səviyyədə), 1C proqramı;• CIPS sertifikatının olması arzuolunandır.• Daxili və xarici satınalma prosesləri üzrə biliklər;• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;• Yüksək kommunikasiya bacarığı, operativ qərarvermə və analitik düşünmə qabiliyyəti;• Komanda ilə işləmək bacarığı. 📩 Müraciət etmək üçün:Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.✨ Peşəkar komandanın bir parçası olmaq və yeni imkanları dəyərləndirmək üçün müraciətinizi gözləyirik!
ADVERTISEMENT