TEH akkumulyatorlu lobzik ağac, plastik və metal materialların kəsilməsi, eləcə də ev təmiri və mebel yığılması işlərində istifadə olunur.
20V litium-ion (Lithium) akkumulyator elektrik şəbəkəsindən asılı olmadan sərbəst işləməyə şərait yaradır. Şəffaf qoruyucu qapaq kəsim zamanı yonqaların ətrafa yayılmasının qarşısını alır, erqonomik rezin örtüklü dəstək isə alətin əldə rahat tutulmasını təmin edir.