
Bakı36
Təmir tikintiyə nəzarət üzrə aparıcı mühəndis

Negotiable
Təmir tikintiyə nəzarət üzrə aparıcı mühəndis
Verified3 weeks ago
CityBakı
Date
Views36
Number№4831359
Description
Təmir-tikinti işlərinin gedişatına nəzarət etmək məqsədilə tikinti sahələrinə mütəmadi səfərlər həyata keçirmək, görülən işlərin layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq və nəticələr üzrə yazılı rəy hazırlamaq.Smeta sənədləri ilə Forma 2 hesabatlarını müqayisə etmək, görülmüş işlərin həcmini və dəyərini yoxlamaq, aşkar edilmiş fərqləri təhlil etmək.İcra olunmuş təmir-tikinti işlərini yerində yoxlamaq və inşaat mühəndislərindən təhvil almaq, müəyyən edilmiş uyğunsuzluqlar üzrə qüsur aktlarını tərtib etmək.Təmir-tikinti işləri zamanı aşkar edilən texniki uyğunsuzluqlar və çatışmazlıqlar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq, onların aradan qaldırılması prosesini izləmək.Təmir-tikinti proseslərinin gedişatı, görülmüş işlərin nəticələri və aşkar edilmiş uyğunsuzluqlar üzrə mütəmadi hesabatlar hazırlamaq və Təmir-tikintiyə nəzarət üzrə Baş mühəndisə təqdim etmək.Təmir-tikintiyə nəzarət üzrə Baş mühəndisin tapşırıqlarını müəyyən edilmiş müddətlərdə və müvafiq texniki tələblərə uyğun şəkildə yerinə yetirmək.
Tələblər:
İnşaat mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali təhsil;Təmir-tikinti işləri və tikinti proseslərinə nəzarət sahəsində iş təcrübəsi;Smeta sənədləri və Forma 2 hesabatları ilə işləmək bacarığı;Tikinti norma və qaydaları, texniki standartlar və layihə sənədləri üzrə biliklər;Görülmüş işlərin həcmini və keyfiyyətini qiymətləndirmək, texniki uyğunsuzluqları müəyyən etmək bacarığı;Microsoft Excel və digər ofis proqramları ilə işləmək bacarığı;Texniki sənədlərin hazırlanması, hesabatların tərtib edilməsi və yazılı rəy verilməsi bacarığı;Analitik düşünmə, diqqətlilik və detallara həssas yanaşma;Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı;Tikinti sahələrinə mütəmadi səfərlər etmək imkanı.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: OBA Market MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/oba/oba-temir-tikintiye-nezaret-uzre-aparici-muhendis-65072075/apply
ADVERTISEMENT





