Prayk

Təşkilati inkişaf üzrə aparıcı mütəxəssis

Negotiable
Verified2 weeks ago
Category
HR, staffing
Date
Views
15
Number
№5389767

Description

Komandamıza İnsan Resursları proseslərinin, təşkilati strukturun və performans idarəetmə sisteminin təkmilləşdirilməsinə töhfə verəcək, analitik düşüncə və strateji yanaşmaya malik Təşkilati inkişaf üzrə aparıcı mütəxəssis axtarırıq. Əsas vəzifə öhdəlikləri Şirkətin təşkilati strukturda baş verən dəyişikliklərə uyğun olaraq struktur sxemlərinin və vəzifə təlimatlarının hazırlanmasını, yenilənməsini və aktuallığının təmin edilməsini həyata keçirmək; Struktur bölmələrinin funksiyalarını, vəzifə və məsuliyyət bölgüsünü təhlil etmək, proseslərin optimallaşdırılması  üzrə təkliflər vermək; Şirkət üzrə mövcud performans idarəetmə sisteminin (KPI/OKR) təkmilləşdirilməsi, tətbiqinin koordinasiyası və effektivliyinin qiymətləndirilməsində iştirak etmək; Performans göstəricilərinin müəyyənləşdirilməsi, izlənilməsi və qiymətləndirilməsi proseslərinin təkmilləşdirilməsinə dəstək olmaq; İllik, rüblük və dövri performans qiymətləndirmə proseslərinin koordinasiyasında iştirak etmək, nəticələr əsasında təkmilləşdirmə təklifləri hazırlamaq; 360° qiymətləndirmə mexanizminin təkmilləşdirilməsi və tətbiqinin koordinasiyasında iştirak etmək; Əməkdaş bağlılığı və məmnuniyyətinin qiymətləndirilməsi məqsədilə sorğular təşkil etmək, nəticələri təhlil etmək və müvafiq inkişaf təşəbbüsləri hazırlamaq; Yeni əməkdaşların adaptasiya prosesinin effektivliyini izləmək və mövcud mexanizmlərin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq; Korporativ məlumat axınının effektiv idarə olunması, kommunikasiya kanallarının səmərəliliyinin artırılması və daxili kommunikasiya təşəbbüslərinin əlaqələndirilməsi; İnsan Resursları proseslərinin təkmilləşdirilməsi üzrə təşəbbüslər irəli sürmək və müvafiq layihələrin icrasını koordinasiya etmək. Namizədə dair tələblər Biznesin idarə edilməsi, Menecment, İnsan Resursları və ya müvafiq sahə üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür); Təşkilati inkişaf və performans idarəetməsi sahəsində iş təcrübəsi; KPI, OKR və performans qiymətləndirmə metodologiyaları üzrə biliklər; İşçi bağlılığı və məmnuniyyətinin idarə olunması üzrə təcrübə üstünlükdür; Süni intellekt alətlərindən peşəkar səviyyədə istifadə bacarığı; Rəqəmsal korporativ platformalarla işləmək təcrübəsi üstünlükdür; Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; İngilis dili biliyi üstünlükdür. Şəxsi keyfiyyətlər Strateji yanaşma və nəticəyönümlülük; Güclü kommunikasiya və təqdimat bacarıqları; Təşəbbüskarlıq və problem həll etmə bacarığı; Komanda işi və müxtəlif struktur bölmələri ilə effektiv əməkdaşlıq bacarığı. Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Təşkilati inkişaf üzrə aparıcı mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 30.11.2026

© AzParking MMC jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp