
8
Təşkilati risklərin idarəedilməsi üzrə ekspert / baş mütəxəssis

Negotiable
Təşkilati risklərin idarəedilməsi üzrə ekspert / baş mütəxəssis
VerifiedToday
Date
Views8
Number№6104587
Description
PAŞA Sığorta ASC namizədləri Təşkilati risklərin idarəedilməsi üzrə ekspert / baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu rol təşkilat miqyasında risk mədəniyyətinin formalaşdırılması, təşkilati risklərin idarə edilməsi üçün daxili qaydaların hazırlanması və onlara nəzarətin təmin edilməsi üzrə məsuliyyət daşıyır. Ekspert, risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və risk reyestrinin yenilənməsi, həmçinin Risk İştahası Çərçivəsi (RAS) və Əsas Risk İndikatorları (KRI) üçün limitlərin təyin edilməsi və monitorinqi ilə məşğul olacaqdır. Bundan əlavə, İdarə Heyəti və Risk Komitəsi üçün hesabatların hazırlanması, RCSA prosesinə dəstək və risk sağlamlıq indeksinin idarə edilməsi bu vəzifənin əsas istiqamətlərini təşkil edir.
Öhdəliklər
Təşkilat üzrə risk mədəniyyətinin ölçülməsi, inkişaf etdirilməsi və bu sahədə maarifləndirmə təlimlərinin keçirilməsi;
Təşkilati risklərin idarə olunması üzrə daxili qaydaların, proseslərin və digər normativ sənədlərin hazırlanması və onların icrasına nəzarət;
Şirkət üzrə risklərin müəyyənləşdirilməsi, ehtimal və təsir baxımından qiymətləndirilməsi, risk reyestrinin mütəmadi yenilənməsi;
Maliyyə və qeyri-maliyyə riskləri üzrə əsas risk indikatorlarının (KRI) müəyyən edilməsi, onların risk iştahası göstəriciləri ilə əlaqələndirilməsi və müvafiq struktur bölmələr üzrə kaskadlaşdırılması prosesində iştirak etmək;
Şirkətin maliyyə və qeyri-maliyyə riskləri üzrə ümumi risk profilinin qiymətləndirilməsi və müəssisə üzrə risklərin məcmu təsirinin müəyyən edilməsi prosesində iştirak etmək;
Risk İştahası Çərçivəsi (RAS) üzrə limitlərin təyin edilməsi, əsaslandırılması və təkmilləşdirilməsi;
İdarə Heyəti və Risk Komitəsi üçün risk hesabatlarının hazırlanması və təsdiq edilmiş risk limitlərinə riayət olunmasına nəzarət;
Risk sağlamlıq indeksinin idarə edilməsi və indeksin yüksəldilməsi üzrə zəruri tədbirlərin görülməsi.
Bilik və Bacarıqlar
Risklərin dərin təhlili və strateji qiymətləndirilməsi bacarığı;
Mürəkkəb məlumatları şərh etmək, güclü analitik düşüncə və problemləri həll etmə bacarığı;
Məlumatların analizində Excel və SQL-dən effektiv istifadə;
Təqdimatların hazırlanması üçün PowerPoint proqramından effektiv istifadə;
FRM, CFA, CRMA kimi müvafiq sertifikatların olması arzuolunandır;
Yüksək səviyyədə dəqiqlik, detallara diqqət yetirmə və məsuliyyət hissi;
Etik davranış və məxfilik prinsiplərinə riayət etmə;
Əməkdaşlıq, keyfiyyət yönümlülük və öyrənməyə açıqlıq;
Dil bilikləri: Azərbaycan, İngilis.
Təhsil və Təcrübə
Müvafiq sahə üzrə ali təhsil;
Risklərin idarəedilməsi və ya əlaqəli sahədə 5 ildən artıq iş təcrübəsi.
Bizim Təklifimiz
Peşəkar komanda mühitində əməkdaşlıq imkanı;
Davamlı öyrənmə və fərdi inkişaf üçün geniş imkanlar;
Şirkətin strateji hədəflərinə töhfə vermək şansı;
Şəffaf və dəstəkləyici korporativ mədəniyyət;
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 18.12.2026
Listing source
Open the original listing© PASHA Insurance jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT














