Prayk

Texnik Usta – Təhlükəsizlik və zəif axın sistemləri üzrə

600 ₼
Verified2 weeks ago
City
Bakı
Date
Views
13
Number
№5665056

Description

Əmək haqqı: 600–1000 AZN +BONUS İş qrafiki: 6 gün İş saatları: 09:00 dan –19:00 dək İstirahət günü: Bazar PROSOLUTIONS GROUP təhlükəsizlik və zəif axın sistemlərinin quraşdırılması və texniki xidməti üzrə Texniki Usta axtarır. Əsas iş müxtəlif obyektlərdə avadanlıqların və sistemlərin montajı, kabellərin çəkilməsi, qoşulması və texniki xidmət işlərinin yerinə yetirilməsindən ibarətdir. Namizədin aşağıda göstərilən bütün sistemlər üzrə mütəxəssis olması tələb olunmur. Sadalanan sistemlərdən ən azı bir neçəsi üzrə praktiki iş təcrübəsinin olması kifayətdir. Tələblər: Montaj və texniki işlər üzrə praktiki təcrübə; CCTV, domofon, СКУД, siqnalizasiya, yanğın siqnalizasiya və ya digər zəif axın sistemlərindən ən azı bir neçəsi üzrə təcrübə; Elektrik və zəif axın kabellərinin çəkilməsi və qoşulması üzrə ilkin bilik; Elektrik alətləri və montaj alətləri ilə işləmək bacarığı; Multimetrdən istifadə üzrə ilkin bilik; Texniki düşüncə və yeni sistemləri öyrənmək bacarığı; Məsuliyyətli və intizamlı olmaq; Obyektlərdə işləməyə hazır olmaq. Aşağıdakı və ya uyğun texniki ixtisaslardan biri üzrə diplomun olması üstünlükdür : Avtomatlaşdırma və idarəetmə; Proseslərin avtomatlaşdırılması mühəndisliyi; Elektrik və elektronika mühəndisliyi; Elektrik mühəndisliyi; Elektroenergetika mühəndisliyi; Avtomatika; Elektrik, elektronika və avtomatlaşdırma sahəsinə uyğun digər ixtisaslar. Vəzifə öhdəlikləri: Videomüşahidə sistemlərinin (CCTV) montajı; Domofon və çoxmənzilli domofon sistemlərinin montajı; Girişə nəzarət sistemlərinin (СКУД / ACS) montajı; Mühafizə və siqnalizasiya sistemlərinin montajı; Yanğın siqnalizasiya sistemlərinin montajı; UTP, FTP və digər zəif axın kabellərinin çəkilməsi; Kamera, domofon, kart oxuyucu, maqnit kilid, sensor, siren və digər avadanlıqların quraşdırılması və qoşulması; Avadanlıqların sazlanması və nasazlıqların aradan qaldırılmasında iştirak; Obyektlərdə texniki xidmət və təmir işlərinin yerinə yetirilməsi. Maaş: 600-1000 AZN Yaş: 18-45 İş təcrübəsi: 1 ildən aşağı

© PRO Solutions boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp