Prayk

Texniki ofis direktoru

Negotiable
Verified1 weeks ago
Date
Views
9
Number
№5329458

Description

Əsas vəzifə öhdəlikləri Texniki ofisin fəaliyyətini idarə etmək, iş planlarını hazırlamaq və texniki heyətin fəaliyyətinə nəzarət etmək; Texniki sənədlərin, çertyojların, layihələrin, spesifikasiyaların və hesablamaların hazırlanmasını, yoxlanılmasını və razılaşdırılmasını təmin etmək; Yol nişanları, məlumat lövhələri, yol cizgiləri və təhlükəsizlik baryerləri üzrə texniki layihələrin hazırlanmasını və koordinasiyasını təşkil etmək; Layihə sənədlərinin texniki tapşırıqlara, standartlara və normativ tələblərə uyğunluğuna nəzarət etmək; Texniki ofis, istehsalat, satınalma, anbar və montaj bölmələri arasında koordinasiyanı təmin etmək; İstehsalat və montaj prosesləri üçün zəruri texniki məlumatların vaxtında və düzgün təqdim edilməsinə nəzarət etmək; Texniki uyğunsuzluqları və layihə risklərini müəyyən etmək, onların aradan qaldırılması üzrə tədbirlər hazırlamaq; Layihələrin icra müddətlərinə, texniki resurslara və xərclərin optimallaşdırılmasına nəzarət etmək; Məhsulların keyfiyyət və texniki standartlara uyğunluğunun təmin edilməsində iştirak etmək; Bütün texniki işlər üzrə Forma 2 sənədlərinin və yerləşmə planlarının düzgün, tam və müvafiq texniki tələblərə uyğun hazırlanmasını təmin etmək; Forma 2 sənədləri və yerləşmə planları ilə bağlı sifarişçi qurumlarla görüşlər və işçi müzakirələri təşkil etmək, texniki məsələlərin razılaşdırılmasını təmin etmək; Texniki ofisin fəaliyyətinin təkmilləşdirilməsi, hesabatlılığın və iş proseslərinin səmərəliliyinin artırılması üzrə tədbirlər görmək. Namizədə dair tələblər Mühəndislik, tikinti, mexanika ixtisası üzrə ali təhsil; Müvafiq sahədə minimum 10 il iş təcrübəsi; Texniki layihələndirmə, mühəndislik sənədləri və istehsalat prosesləri üzrə praktiki biliklər; Texniki çertyojların oxunması, təhlili və hazırlanması üzrə biliklər; AutoCAD proqramı ilə işləmək bacarığı; MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı; Layihələrin planlaşdırılması, koordinasiyası və icrasına nəzarət təcrübəsi; Texniki standartlar və normativ sənədlərlə işləmək bacarığı; Komandanı idarə etmək, iş bölgüsü aparmaq və qərar qəbul etmək qabiliyyəti; Güclü analitik düşüncə, problem həll etmə və təşkilatçılıq bacarıqları; Üstünlük hesab olunur: Yol infrastrukturu, yol hərəkətinin təşkili, yol nişanları və təhlükəsizlik avadanlıqları sahəsində təcrübə; Metal konstruksiyaların istehsalı və quraşdırılması üzrə biliklər; Tender sənədləri, texniki təkliflər və layihə spesifikasiyalarının hazırlanması təcrübəsi; ISO 9001 keyfiyyət idarəetmə sistemi üzrə biliklər; İngilis və ya rus dili biliyi; Layihə idarəetməsi üzrə əlavə təlim və sertifikatlar. İş şəraiti İş yeri: Sumqayıt İş rejimi: Tam iş günü Nahar təminatı Nəqliyyat təminatı Əməkhaqqı: Namizədin bilik, bacarıq və peşəkar təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Son müraciət tarixi: 29.11.2026

© STP-BTECH jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp