Prayk

Texniki Servis Mütəxəssisi (Roboclean Üzrə)

Negotiable
VerifiedYesterday
Date
Views
19
Number
№6083635

Description

Almaniyanın köklü markalarından biri olan "Aura GmbH"-ın Azərbaycandakı rəsmi distribütoru “Aura Məişət Texnikası MMC” böyüyən komandasına Texniki Servis Mütəxəssisi axtarır. Texniki sahəyə marağı olan və bu istiqamətdə sıfırdan peşəkar karyera qurmaq istəyən namizədlər üçün ideal fürsətdir. İş Şəraiti və Təkliflərimiz: İş qrafiki: Həftədə 6 iş günü (09:30 – 18:30), 1 gün istirahət. Ofisdaxili iş mühiti: Bütün diaqnostika və təmir prosesləri yalnız şirkətin müasir servis mərkəzində icra olunur. Sıfırdan ödənişsiz təlim: Təcrübəsiz namizədlər peşəkar ustalar tərəfindən iş prosesində tam öyrədilir. Limitsiz qazanc imkanı: Minimum sabit qazanc həddi ilə yanaşı, görülən iş həcminə və performansa əsaslanan bonus sistemi tətbiq edilir. Tam sosial təminat: Rəsmi əmək müqaviləsi bağlanılır və nahar şirkət tərəfindən qarşılanır. Karyera yüksəlişi: Özünü doğruldan əməkdaşlar üçün baş texnik və rəhbər vəzifələrə yüksəlmək imkanı yaradılır. Vəzifə Öhdəlikləri: Servis mərkəzinə daxil olan müasir Roboclean təmizlik cihazlarının texniki diaqnostikasını aparmaq. Nasaz və problemli detalları təmir edərək cihazları tam işlək vəziyyətə gətirmək. Şirkətin xidmət standartlarına uyğun olaraq yüksək müştəri məmnuniyyətini təmin etmək və yaranan texniki sualları operativ həll etmək. Günün sonunda görülən işlər barədə rəhbərliyə müvafiq hesabat təqdim etmək. Namizədə Tələblər: Yaş həddi: 23 – 41 yaş. Texniki baza: Elektrik və ya mexaniki avadanlıqlar haqqında ilkin anlayışın olması arzuolunandır (detallarla işləməyi sevən namizədlərə üstünlük verilir). İnkişaf meyillilik: Yeni texnologiyaları sürətlə qavramaq və öyrənməyə açıq olmaq. Şəxsi keyfiyyətlər: Məsuliyyətli, dəqiq, nizam-intizamlı, gülərüz və ünsiyyətcil olmaq. İş Yeri: Bakı şəhəri. Vakansiya ilə maraqlanan namizədlərdən mövzu hissəsində “Texniki Servis Mütəxəssisi” qeyd edərək CV-lərini PDF formatında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanımıza göndərmələri xahiş olunur. Son müraciət tarixi: 17.12.2026

© Aura Məişət Teknikası jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp