Prayk

Texnologiyaları Şöbəsinin Rəhbəri

Negotiable
Verified5 days ago
City
Bakı
Category
Other
Date
Views
11
Number
№5688468

Description

Əsas vəzifə öhdəlikləri Şirkətin İT infrastrukturunu və gündəlik İT əməliyyatlarını idarə etmək, sistemlərin dayanıqlı və fasiləsiz fəaliyyətinə nəzarət etmək; Serverlər, şəbəkə infrastrukturu, Active Directory, Microsoft 365, File Server və digər korporativ sistemlərin fəaliyyətini təmin etmək; İstifadəçi müraciətlərinin qeydiyyatını, prioritetləşdirilməsini və müəyyən edilmiş müddətlərdə həllini təşkil etmək; İnformasiya təhlükəsizliyi siyasətlərinin, istifadəçi hesablarının və giriş hüquqlarının idarə olunmasını təmin etmək; Ehtiyat nüsxələmə, məlumatların bərpası və İT fasiləsiz fəaliyyət proseslərinə nəzarət etmək; İT risklərini qiymətləndirmək, informasiya təhlükəsizliyi insidentlərini və kritik sistem problemlərini vaxtında eskalasiya etmək; İT büdcəsini, avadanlıq və xidmətlər üzrə ehtiyacları, satınalmaları və texnoloji investisiyaları planlaşdırmaq; İT layihələrini, sistem yenilənmələrini və rəqəmsallaşma təşəbbüslərini idarə etmək; ERP və Rəqəmsal Transformasiya üzrə Baş Menecerlə koordinasiyada ERP sistemlərinin texniki infrastrukturu məsələlərini həll etmək; Xarici İT xidmət təminatçıları ilə işi koordinasiya etmək, xidmət keyfiyyətinə nəzarət etmək; İT komandasının işini planlaşdırmaq, tapşırıqları bölüşdürmək və icra nəticələrinə nəzarət etmək. Namizədə tələblər İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil; İT sahəsində minimum 4 il iş təcrübəsi; korporativ İT mühitində rəhbərlik və ya koordinasiya təcrübəsi üstünlükdür; Windows Server, Active Directory, Microsoft 365, şəbəkə avadanlıqları və ehtiyat nüsxələmə sistemləri üzrə praktiki biliklər; İnformasiya təhlükəsizliyi və İT xidmətlərinin idarə olunması prinsiplərini bilmək; İT infrastrukturu və texniki problemlərin diaqnostikası, analizi və həlli bacarığı; Komanda və layihə idarəetməsi, planlaşdırma və hesabatlılıq bacarıqları; Azərbaycan dilini mükəmməl bilmək; ingilis dilində texniki sənədləri oxumaq bacarığı; CompTIA, Microsoft, Cisco və ya ITIL sertifikatlarının olması üstünlükdür; Məxfiliyə riayət etmək və informasiya təhlükəsizliyi tələblərinə uyğun işləmək. Biz nə təklif edirik? Şirkətin korporativ İT infrastrukturunun inkişafında rəhbər rol; İT layihələrində və texnoloji təkmilləşdirmə təşəbbüslərində iştirak imkanı; Peşəkar və dinamik iş mühiti; Rəqabətədavamlı əməkhaqqı və korporativ imkanlar. Uyğun namizədlər CV-lərini mövzu hissəsində “İnformasiya Texnologiyaları Şöbəsinin Rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/204862/texnologiyalari-sobesinin-rehberi
ADVERTISEMENT