
Texnoloji Həllər üzrə Satış və Müştəri Əlaqələri Meneceri (Corporate Sales & Account Manager)

Negotiable
Texnoloji Həllər üzrə Satış və Müştəri Əlaqələri Meneceri (Corporate Sales & Account Manager)
VerifiedToday
Description
DataLead Consulting mövcud müştəri portfelinin idarə olunması və inkişaf etdirilməsi, eyni zamanda data management, analitika və süni intellekt istiqamətlərində yeni müştərilərin cəlb edilməsi üçün Sales & Account Manager axtarır.Biz kommersiya düşüncəsinə sahib, müştərilərlə etibarlı və uzunmüddətli münasibətlər qura bilən, onların biznes ehtiyaclarını anlayaraq satış imkanlarına çevirə bilən peşəkar axtarırıq.Əsas vəzifələrTəhkim olunmuş müştərilər üzrə əsas kommersiya əlaqələndiricisi olmaq və biznes və İT qərarvericiləri ilə uzunmüddətli münasibətlər qurmaq;Mövcud müştəri portfelini idarə etmək və inkişaf etdirmək;Müştərilər üzrə account plan-lar hazırlamaq, onların prioritetlərini və ehtiyaclarını müəyyən etmək;DataLead-in məhsul və xidmətləri üzrə yenilənmə, cross-sell və upsell imkanlarını müəyyənləşdirmək;Mövcud müştərilərlə müntəzəm əlaqə saxlamaq, onların sorğularının və ehtiyaclarının koordinasiyasını təmin etmək;Müştəri məmnuniyyətinin və uzunmüddətli əməkdaşlığın qorunmasına dəstək göstərmək;Yeni potensial müştəriləri müəyyən etmək, onlarla əlaqə qurmaq və yeni satış imkanları yaratmaq;İlkin əlaqə və ehtiyacların müəyyənləşdirilməsindən başlayaraq kommersiya təklifinin hazırlanması, danışıqlar vəmüqavilənin imzalanmasına qədər tam satış prosesini idarə etmək;Müştəri görüşlərini, təqdimatları, demo sessiyalarını və kommersiya təkliflərini daxili texniki mütəxəssislərlə koordinasiya etmək;Satış pipeline-ını, forecast-ları və müştərilər üzrə növbəti addımları mütəmadi və dəqiq şəkildə idarə etmək;Kommersiya hədəflərinə və nəticələrinə görə məsuliyyət daşımaq.Texniki komandanın dəstəyiMüştərilərlə iş prosesində namizəd DataLead-in texniki ekspertləri, konsultantları və məhsul mütəxəssisləri tərəfindən dəstəklənəcək.Texniki komanda:Detallı texniki tələbləri müəyyən edəcək;Uyğun həlləri təklif edəcək;Demo və texniki təqdimatlarda iştirak edəcək;Kommersiya təkliflərinin texniki hissələrinin hazırlanmasına dəstək göstərəcək.Sales & Account Manager-in əsas fokusu isə müştəri münasibətlərinin idarə olunması, kommersiya fəaliyyətinin koordinasiyası, mövcud hesabların inkişaf etdirilməsi və yeni biznes imkanlarının yaradılması olacaq.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: DataLead MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/datalead/datalead-texnoloji-heller-uzre-satis-ve-musteri-elaqeleri-meneceri-corporate-sales-a-93267531/apply
Similar listings





Negotiable
Sığorta hadisələrinin tənzimlənməsi üzrə mütəxəssis/Müştəri xidmətləri üzrə mütəxəssis
BakıToday 10:13




Aytac






