Vəzifənin məqsədi
Tibbi Tanıtım Nümayəndəsi məhsulların həkimlərə elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır.
Bu vəzifə satış yönümlü deyil, əsas məqsəd məhsulların həkimlər
tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir.
Təhsil (aidiyyatlı ixtisaslar)
Ali təhsil
Tibb, Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qidalanma və Dietologiya sahələri üzrə ali təhsil üstünlükdür.
Minimum 2 il Tibbi tanıtım nümayəndəsi olaraq təcrübə
İş rejimi: 09:00-dan-18:00-dək
I-V gün (sahə işi)
Müraciət qaydası: mövzü hissəsində vakansiya adını qeyd edərək elektron email ünvanına göndərə bilərsiniz.
Mövcud həkim portfelinə sahib
Peşəkar kommunikasiya bacarığı, nəticəyönümlülük
Elmi mətnləri anlama və izah etmə qabiliyyəti
Səyyar iş rejiminə uyğunluq
MS Office bilikləri
Məsul olduğu bölgədə hədəf həkimlərə (nevroloq, pediatr, ginekoloq, endokrinoloq, kardioloq, terapevt və s.) məhsulların elmi və klinik üstünlüklərini, məhsul prioritetlərinə uyğun olaraq fokuslu və ardıcıl şəkildə təqdim etmək
Şirkət tərəfindən müəyyən edilmiş hədəf həkim siyahısı üzrə planlı ziyarətlərin icrası və fəaliyyətlərin gündəlik qeydiyyatının aparılması
Həkimlərdən gələn elmi sual və etirazların beynəlxalq mənbələr və sübutlara əsaslanaraq cavablandırılması
Elmi məqalələr və klinik araşdırmalar əsasında təqdimatların hazırlanması və icrası
Həkimlərdən alınan medikal geri bildirimlərin sistemli şəkildə mərkəzə ötürülməsi
Təlimlərdə və elmi toplantılarda aktiv iştirak etmək
Satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək
Əmək haqqı: 800-1200 AZN
© Orzax · azjob.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.