Beynəlxalq “SETONDA” əczaçılıq şirkətinin Azərbaycan nümayəndəliyi - Tibbi nümayəndə vakansiyasına işçi qəbulunu elan edir.
Yaşadığı şəhər və ya rayondan yaxın ətraf rayonlara ezam olunmaq imkanı və məhdudiyyəti olmayan namizədlər tələb olunur. Vakansiya Bakı şəhəri də daxil olmaqla, ölkənin bütün regionları üzrə aktivdir.
Əmək haqqı: Təcrübəsindən aslı olaraq danışıq əsasında təyin olunur. Satışdan asılı olaraq bonuslar mövcuddur.
Maraqlanan namizədlərdən mövzu hissəsində Vakansiyanın adını qeyd etməklə öz CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: +994506608181
Xahiş olunur yalnız bu sahədə təcrübəsi olan uyğun namizədlər əlaqə saxlasınlar.
25-45 yaş arası xanımlar və bəylər
Tibbi Nümayəndə vəzifəsi üzrə minimum 1 il iş təcrübəsi mütləqdir
Ali təhsilin olması arzuolunandır. Orta ixtisas (tibb texnikumu) təhsili olan, eləcə də biznes və marketinq sahələri üzrə natamam ali təhsilə malik namizədlərin müraciətləri də qəbul olunur.
Azərbaycan dilini yüksək səviyyədə, Rus və ya İngilis dili bilikləri üstünlükdür
Kompüter və MS Office(xüsusilə Excel) proqram bilikləri
Səlis və aydın nitq, ünsiyyət qabliyyəti yüksək, sistemli təqdimat və inandırma qabiliyyətləri bacarığı
Komandada işləmək bacarığı
Dürüst, səbirli, məqsədyönlü və məsuliyyətli
Ünsiyyət yaratmağı bacaran
Tibbi obyektləri və aparıcı həkimlərı yaxşı tanıyan.
Təyin olunmuş ərazi üzrə Həkimlərlə,Tibbi müəssisələrlə və Apteklərlə görüşlər keçirmək
Şirkətə məxsus olan məhsulların təqdimatını, tanıtımını və satışını həyata keçirmək
Satış nöqtələrini müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarət edərək nəzarətdə saxlamaq
Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək
Təqdim edilən məhsullara olan tələbatın öyrənilməsi
Məhsul haqqında müştəriyə düzgün informasiyanı ötürmək
Bazar araşdırması etmək və satış kanallarını artırmaq
Şirkətin mütamadi təşkil etdiyi təlim-treninqlərinə qatılmaq
Görülmüş işlər haqqında gündəlik və aylıq hesabatlar hazırlamaq
© SETONDA AZƏRBAYCAN NÜMAYƏNDƏLİYİ · azjob.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.