Prayk
Tibbi nümayəndə (Medical Representative) — Satış
Negotiable

Tibbi nümayəndə (Medical Representative)

VerifiedToday
CategorySales

№6432751·Views: 5

Description

Əczaçılıq şirkətinin Azərbaycan nümayəndəliyi peşəkar komandamıza qoşulmaq üçün Tibbi nümayəndə vəzifəsinə enerjili, ünsiyyətcil və nəticəyönümlü namizədləri dəvət edir. Əsas vəzifə öhdəlikləri: Şirkətin məhsullarının həkimlər və əczaçılar arasında peşəkar şəkildə təşviqi; Tibb mütəxəssislərinə müntəzəm planlı vizitlərin həyata keçirilməsi; Şirkətin preparatları haqqında elmi və tibbi məlumatların təqdim edilməsi; Məhsullar üzrə təqdimatların və fərdi görüşlərin keçirilməsi; Tibb mütəxəssisləri ilə uzunmüddətli və etibarlı işgüzar münasibətlərin qurulması və inkişaf etdirilməsi; Təyin olunmuş satış hədəflərinin, vizit planlarının və KPI göstəricilərinin yerinə yetirilməsi; Bazarın, rəqiblərin və tibbi sahədəki yeniliklərin mütəmadi izlənilməsi; Görülmüş işlər və əldə olunan nəticələr üzrə hesabatların hazırlanması. Namizədə dair tələblər: Ali təhsil (əczaçılıq, tibb, biologiya və ya kimya sahəsində təhsil arzuolunandır); Tibbi nümayəndə vəzifəsində minimum 3 il iş təcrübəsi (üstünlükdür); Farmakologiya və əczaçılıq bazarı haqqında ilkin biliklər; Güclü ünsiyyət, təqdimat və inandırma bacarıqları; Danışıqlar aparmaq və işgüzar münasibətlər qurmaq bacarığı; Yüksək məsuliyyət, təşəbbüskarlıq və nəticəyönümlülük; Komandada işləmək və müstəqil qərar qəbul etmək bacarığı; MS Office proqramları ilə işləmək bacarığı. Biz nə təklif edirik? Rəqabətədavamlı əməkhaqqı və nəticələrə əsaslanan bonus sistemi; Peşəkar təlimlər və davamlı inkişaf imkanları; Beynəlxalq standartlara uyğun iş mühiti; Peşəkar və dinamik komandada çalışma imkanı; Karyera yüksəlişi və peşəkar inkişaf perspektivləri. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Tibbi nümayəndə” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Son müraciət tarixi: 27.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/getz-pharma-international-tibbi-numayende-medical-representative-157081
ADVERTISEMENT