
Bakı35
Uçuş İstehsalına Dəstək şöbəsi/ Embraer hava gəmilərinin sənədləşmə və sertifikasiyası üzrə mühəndisi

Negotiable
Uçuş İstehsalına Dəstək şöbəsi/ Embraer hava gəmilərinin sənədləşmə və sertifikasiyası üzrə mühəndisi
Verified2 weeks ago
Description
Kağız və rəqəmsal formatda FCOM, QRH, AOM, MEL, W&B və FM texniki sənədlərinin əldə olunmasına, hazırlanmasına və idarə edilməsinə nəzarət etmək;Təyyarələrdə istifadə olunan texniki sənədlərin yenilənməsi prosesini koordinasiya etmək və bu istiqamətdə zəruri tədbirləri həyata keçirmək;Embraer tipli hava gəmilərində istifadə olunan elektron daşıyıcılardakı proqram təminatının idarə edilməsinə nəzarət etmək;Texniki sənədlər üzrə kitabxana fəaliyyətinin təşkilini, yenilənməsini və monitorinqini təmin etmək;Yeni istismara qəbul edilən hava gəmiləri üçün tələb olunan qanuni sənədlərin hazırlanmasını və xüsusi icazələrin alınmasını koordinasiya etmək;Təyyarələrə aid qanuni sənədlərin qüvvədə olma müddətlərini izləmək və onların vaxtında yenilənməsini təmin etmək;Təyyarələrdə mövcud qanuni sənədlərin mütəmadi yoxlanılmasını həyata keçirmək və köhnəlmiş və ya etibarlılıq müddəti bitmiş sənədləri müəyyən edərək yenilənməsini təmin etmək;İngilis dilində yayımlanan cari texniki və əməliyyat məlumatlarını izləmək, təhlil etmək və müvafiq mütəxəssislərə operativ şəkildə çatdırmaq;Şöbə rəisinin verdiyi tapşırıq və göstərişləri müəyyən edilmiş müddətdə və tam şəkildə yerinə yetirmək.
Tələblər:
Təhsil: Bakalavr dərəcəsi (Milli Aviasiya Akademiyasının məzunlarına üstünlük verilir);Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – əla;Kompüter bilikləri: MS Office proqramlarında sərbəst işləmək bacarığı;Yazılı və şifahi ünsiyyət bacarıqları;Danışıqların aparılması və effektiv kommunikasiya bacarığı;Analitik düşünmə və qərarvermə bacarığı;Problem həll etmə bacarığı;Təqdimat hazırlamaq və təqdim etmək bacarığı;Dəyişikliklərə operativ uyğunlaşma bacarığı;Komandada effektiv işləmək bacarığı.İş yeriHeydər Əliyev Beynəlxalq Hava Limanı.İş rejimi5 günlük iş qrafiki (09:00–18:00).
Vakansiya növü: Tam ştat
Şirkət: "Azərbaycan Hava Yolları" QSC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/azal/azal-ucus-istehsalina-destek-sobesi-embraer-hava-gemilerinin-senedlesme-ve-sertifika-17143911/apply
ADVERTISEMENT






