CAMO / MNT prosesləri üçün SafetyManager365 istifadə etməklə audit planları, audit hesabatları hazırlamaq və icra etmək;Planlaşdırılmış və ya yaxınlaşan auditlər üçün monitorinq əmrlərini hazırlamaq;Auditin əhatə dairəsinə uyğun olaraq, zərurət olduqda yoxlama siyahılarını nəzərdən keçirmək və/və ya hazırlamaq;Uçuş yararlılığı və texniki xidmət sahələri ilə bağlı digər proseslərin bütün əhatə dairəsini əhatə edən proses auditləri və/və ya inspeksiyalar aparmaq;Əməliyyat Risklərinin İdarə Edilməsi və Komplayens İdarə rəisi və ya məsul şəxs/Baş əməliyyat İnzibatçısı tərəfindən tələb olunduqda ad-hoc auditlər/inspeksiyalar aparmaq;Audit məlumatlarını toplamaq və təhlil etmək;Auditlə bağlı KPI-ları (məsələn, auditlərin tamamlanma faizi, CAPA bağlanma müddəti, təkrarlanan uyğunsuzlar) aylıq olaraq izləmək və Əməliyyat Risklərinin İdarə Edilməsi və Komplayens İdarə rəisinə təqdim etmək;Öz səlahiyyəti altında olan auditorlarla həftəlik görüşləri koordinasiya etmək, komandanın bütün fəaliyyətlərini izləmək və Əməliyyat Risklərinin İdarə Edilməsi və Komplayens İdarə rəisinə hesabat təqdim etmək;Audit uyğunsuzluqlarının Təhlükəsizlik İdarəetmə Sistemində inteqrasiyasını təmin etmək məqsədilə şöbələrarası SMS–CMS iclaslarında iştirak etmək;İslahedici və qabaqlayıcı tədbirlərin effektivliyini auditlərin izlənməsi vasitəsilə yoxlamaq;Audit sənədlərini idarə etmək və ISO 19011 və IOSA standartlarına uyğunluğu təmin etmək;DMAA, Bemuda Regulatory Authority və ya digər təşkilatlar tərəfindən aparılan auditlərdə tələb olunduğu halda iştirak etmək və dəstək vermək;Auditin icrası üçün tələb olunan əməliyyat qeydlərini, təlimat kitabçalarını tələb etmək və sistemləri nəzərdən keçirmək;Yüksək riskli və ya sistematik uyğunsuzluqları Əməliyyat Risklərinin İdarə Edilməsi və Komplayens İdarə rəisinə eskalasiya etmək;Effektivlik yoxlamalarından sonra islahedici və qabaqlayıcı tədbirləri (CAPA) təsdiqləmək və bağlamaq.
Tələblər:
Təhsil: Bakalavr (Təyyarə mühəndisliyi və ya aviasiya ilə əlaqəli sahə);Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – səlis;Minimum 5 il iş təcrübəsi (CAMO və ya Part 145 üzrə)Kompüter bilikləri: MS Office;Keyfiyyət İdarəetmə Sistemi (QMS) alətləri (məsələn, SafetyManager365), məlumatların təhlili və KPI panellərinin idarə edilməsi üzrə peşəkar bacarıqlar;Ünsiyyət bacarıqları (yazılı, şifahi);Danışıqların aparılması bacarığı;Qərar vermə bacarığı;Problemi həll etmə bacarığı;Təqdimat bacarığı;Dəyişikliklərə uyğunlaşmaq bacarığı;Komandada işləmə bacarığı.
İş yeri:Heydər Əliyev Beynəlxalq Hava Limanı İş rejimi:5 günlük qrafik 09:00-18:00
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: "Azərbaycan Hava Yolları" QSC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/azal/azal-ucus-yararliligi-ve-texniki-xidmet-uzre-aparici-auditor-64153247/apply