Uşaqların psixoloji inkişafını anlamaq və onların daxili dünyasını daha yaxşı qavramaq üçün nəzərdə tutulmuş Uşaq Psixologiyası Təlimi sizə bu sahədə əhəmiyyətli biliklər qazandıracaq. Təcrübəli psixologiya üzrə təlimçi rəhbərliyi ilə keçirilən bu kurs, elmi yanaşmalara əsaslanaraq, praktik və ölçülə bilən nəticələr təqdim edir.
Təlimin əsas istiqamətləri:
- 0 – 18 yaş Uşaq Psixologiyası – uşaqların müxtəlif yaş mərhələlərində emosional və psixoloji inkişafı
- Tranzakt Analiz – insan davranışlarını anlamaq və münasibətləri effektiv idarə etmək
- Geştalt Terapiya – fərdlərin özünü dərk etməsi və psixoloji problemlərin həlli
- Depresiya və onun sağaldılması – uşaqlarda və yeniyetmələrdə depressiyanın erkən aşkar edilməsi və müalicə üsulları
- Uşaqlarda aqressiya və onun korreksiyası – emosional idarəetmə bacarıqlarının inkişaf etdirilməsi
- Uşaqlarda həyəcan pozuntusu və onun korreksiyası – stress və narahatlıqla mübarizə yolları
Bu təlim, psixoloqlar, pedaqoqlar, valideynlər və uşaqlarla işləyən digər mütəxəssislər üçün nəzərdə tutulub. Praktiki nümunələr və elmi yanaşmalar sayəsində, uşaq psixologiyasını daha dərindən öyrənərək, real situasiyalara uyğun həllər tapa biləcəksiniz.
© Xatire Əsgərova · xidmet.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.