Prayk
Ux/uı Dizayner — Dizayn
Negotiable

Ux/uı Dizayner

VerifiedYesterday
Category
Design
Date
Views
9
Number
№4531549

Description

Təsvir İstifadəçilərin və müştərilərin istifadə təcrübələrini öyrənmək, anketlər, müşahidələr və fokus qrupları vasitəsilə verilənləri toplamaq. Bu məlumatları analiz edərək istifadəçilərin ehtiyaclarını və problemlərini müəyyən etmək. İstifadəçi ehtiyaclarına uyğun olaraq flowların, interfeyslərin və prototiplərini hazırlamaq. Bu, veb saytlar, mobil tətbiqlər və digər rəqəmsal interfeyslər üçün şablobların, elementlərin yaradılmasını əhatə edir. Bankın korporativ kimliyinə və marka qaydalarına uyğun dizaynlar yaratmaq. Bu, rənglər, fontlar və digər vizual elementlər üzərində işləməyi daxil edir. Dizayn həllərini müxtəlif istifadəçi qrupları ilə test etmək və onlardan geribildiriş toplamaq. Bu geribildirişlərə əsaslanaraq dizaynları optimallaşdırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq. PAŞA Bank-ın Dizayn sistemindən istifadə etmək, yeni komponentlər və qaydalar yaratmaq bacarığına sahib olmaq. Məhsulların dizayn tərtibatının yaradılması zamanı komanda üzvlərinə tövsiyyələr və rəylər vermək bacarığı. Məhsul, marketinq, IT, hüquq və digər əlaqəli departamentlərlə yaxın işləmək. Ümumi məqsədləri və layihə tələblərini qarşılamaq üçün effektiv kommunikasiya və koordinasiya bacarıqlarını nümayiş etdirmək. İstifadəçi təcrübəsini artırmaq üçün komandaya dizayn layihələrdə dəstək. İstifadəçilərin bankın rəqəmsal məhsulları arasında asan və effektiv şəkildə hərəkət etmələrini təmin etmək üçün istifadəçi flowlarını təhlil etmək, optimallaşdırmaq və yaratmaq. Məhsulun hazırlanma prosesində komandada olan mühəndislərlə sıx əlaqədə olaraq onun müştərilərə mükəmməl şəkildə təhvil verilməsinə nəzarət etmək. Agile metodologiyası haqqında məlumatı və təcrübəsi olmaq. Tələblər İş təcrübəsi: Proqram təminatı, istifadəçi təcrübəsi və interfeysinin yaradılması sahəsində 2 ildən artıq təcrübə. Agile metodologiyası ilə işin qurulması bilikləri olması üstünlükdür. Texniki səriştələr: İstifadəçi yönümlü rəqəmsal həllərin, məhsulla bağlı güclü instinktlərin və prosesslərin tez zamanda müəyyənlişdirilməsi. Prototiplərin hazırlanması, A/B testlər, istifadəçi testlərinin keçirilməsi və istifadəçilərin araşdırılması sahəsində biliklər. Komponentlərin yaradılması, istifadəçi interfeysin yaradılmasında istifadə olunan dizayn kitabxana ilə iş təcrübəsi. Dil bilikləri: Minimal olaraq İngilis dilində "Intermediate" səviyyəsində biliklər. Kompüter bilikləri:Vizual dizayn üçün nəzərdə tutulmuş Figma, Sketch, və digər digital dizaynların hazırlmasında işi rahatlaşdıran alətlərin sərbəst istifadəsi. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 13.11.2026

© PASHA Bank jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT