“HORECA” MMC üçün təmizlik və səliqənin yüksək səviyyədə təmin edilməsi üçün Təmizlikçi vəzifəsinə əməkdaş axtarılır.
Əmək şəraiti:
550 AZN NET əmək haqqı;
5 günlük iş qrafiki;
Müraciət qaydası
Tələblər:
Təmizlik sahəsində iş təcrübəsinin olması arzuolunandır;
Fiziki işə uyğun olmaq;
Təmizlik vasitələri və inventarlarından düzgün istifadə etməyi bacarmaq;
Tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək;
Gigiyena və təmizlik qaydalarına ciddi riayət etmək.
Vəzifə öhdəlikləri:
Ofis, iş otaqları, ümumi istifadə sahələri, dəhliz və sanitar qovşaqların gündəlik təmizliyini həyata keçirmək;
Döşəmə, masa, stul, qapı, pəncərə və digər səthlərin təmizliyini təmin etmək;
Sanitar qovşaqların daim təmiz və gigiyenik vəziyyətdə saxlanılmasını təmin etmək;
Zibil qutularını vaxtında boşaltmaq və tullantıları müəyyən edilmiş əraziyə çıxarmaq;
Təmizlik vasitələrindən və inventarlardan təyinatına uyğun istifadə etmək;
Təmizlik vasitələrinin və inventarların səliqəli şəkildə saxlanılmasını təmin etmək;
İş ərazisində təmizlik və sanitariya qaydalarına riayət etmək;
Təmizlik zamanı aşkar olunan nasazlıq və çatışmazlıqlar barədə məsul şəxsə məlumat vermək;
Rəhbərlik tərəfindən verilən və vəzifəyə uyğun digər tapşırıqları vaxtında yerinə yetirmək.
Maaş: 550 AZN
Yaş: 30-55
Təhsil: Orta
İş təcrübəsi: 1 ildən aşağı
© Horeca MMC · boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.