Vəzifə öhdəlikləri:
İnzibati və xidməti otaqların, dəhlizlərin, sanitar qovşaqların və digər ümumi istifadə sahələrinin gündəlik təmizliyini təmin etmək;
İş sahələrinin təmiz və səliqəli vəziyyətdə saxlanılmasına nəzarət etmək;
Döşəmə, pəncərə, mebel və digər səthlərin təmizlənməsini həyata keçirmək;
Təmizlik vasitələrindən və avadanlıqlarından təyinatına uyğun istifadə etmək;
Təmizlik ləvazimatlarının düzgün və qənaətlə istifadəsini təmin etmək;
Tullantıların vaxtında toplanmasını və müvafiq qaydada kənarlaşdırılmasını təmin etmək;
Gigiyena və sanitariya qaydalarına riayət etmək;
Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Namizədə tələblər:
Məsuliyyətli, intizamlı və çalışqan olmaq;
Təmizliyə və səliqəyə xüsusi diqqət yetirmək;
Komandada işləmək bacarığı;
Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
Müvafiq sahədə iş təcrübəsinin olması arzuolunandır.
Vakansiya ilə maraqlanan namizədlər şəkilli CV-lərini müraciət etdiyi vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/209286/xadime
ADVERTISEMENT
We use cookies Analytics only with your consent; essential cookies are always on.Privacy policy