
Bakı7
Xaricdə Təhsil üzrə Mütəxəssis (Ofis daxili)
Xaricdə Təhsil üzrə Mütəxəssis (Ofis daxili)
400 ₼
VerifiedToday
Description
Vəzifə öhdəlikləri:
Xaricdə təhsil almaq istəyən tələbə və valideynlərə ilkin məlumatların verilməsi, düzgün universitet və proqram seçiminə dəstək;
Daxil olan zənglərin, sosial media və WhatsApp müraciətlərinin cavablandırılması və ofisə dəvət olunması;
Müraciət edən tələbələrin sənədlərinin qəbulu, yoxlanılması və sistemləşdirilməsi;
Xarici universitetlərə müraciət (application) prosesinin izlənilməsi və tələbələrlə mütəmadi əlaqənin saxlanılması;
Müqavilələrin hazırlanması və müştəri bazasının (CRM / Excel) gündəlik yenilənməsi;
Rəhbərliyə görülən işlər və müraciətlərlə bağlı gündəlik/həftəlik hesabatların təqdim edilməsi.
Namizədə tələblər:
Ali və ya natamam ali təhsil;
İngilis dili biliyi (ilkin/orta səviyyədə – yazışmaları və sənədləri anlamaq üçün);
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti;
MS Office proqramları (xüsusilə Word və Excel) ilə işləmək bacarığı;
Yüksək ünsiyyət, inandırma və komanda ilə işləmək bacarığı;
Məsuliyyətli, punktual və detallara qarşı diqqətli olmaq.
Qeyd: Xaricdə təhsil və ya satış sahəsində təcrübəsi olanlara üstünlük veriləcək
İş şəraiti və əməkhaqqı:
İş qrafiki: Həftə içi 5 gün, saat 10:00 – 17:00 (1 saat nahar fasiləsi daxil);
İstirahət günləri: Şənbə və bazar;
Əməkhaqqı: 400 AZN (sabit) + hər qeydiyyatdan yüksək bonuslar.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərə bilərlər. Mövzu hissəsində "Xaricdə təhsil mütəxəssisi" qeyd olunması xahiş olunur.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/207729/xaricde-tehsil-uzre-mutexessis-ofis-daxili
ADVERTISEMENT







