Xiaomi 70Mai S500 WiFi GPS 3K Ultra HD 70mai S500 — avtomobilin salon güzgüsünə keçirilən (Rearview Mirror) ağıllı avto videoqeydiyyatçıdır. Əvvəlki "70mai Dash Cam Wide (Midrive D07)" modelinin yenilənmiş və texnoloji baxımdan daha üstün versiyasıdır.
⚙️Əsas Texniki Göstəricilər
Ekran-9.35 düym IPS sensor (Touch) ekran
Ön Kamera SENSORU-Sony STARVIS 2 IMX675 (5MP) Ön Kamera Çəkilişi-3K Ultra HD (2592×1944p, 30 FPS, F1.8 diafraqma)
Baxış Bucağı (FOV)-138
Arxa Kamera (RC13)-Full HD (1080p), HDR dəstəyi ilə Qida Mənbəyi-Superkondensator (Super Capacitor 5.4V 5.0F)
Şəbəkə Və Yaddaş-Wi-Fi (70mai tətbiqi), 128 GB-a qədər MicroSD kart
⚙️Önə Çıxan Əsas Üstünlükləri
STARVIS 2 və Dual-Channel HDR: Sony-nin son nəsil sensoru və həm ön, həm arxa kamerada aktiv olan HDR funksiyası gecə çəkilişlərində, tuneldən çıxışda və arxadan gələn maşınların işıqları altında dövlət nömrə nişanlarının dumanlanmadan dəqiq görünməsini təmin edir.
Superkondensator: Ənənəvi Lithium-Ion batareyalar əvəzinə superkondensator istifadə edildiyi üçün yayda isti salon şəraitində şişmə, sıradan çıxma və ya yanğın riski yoxdur.
Tam Sensorlu İdarəetmə: 9.35 düymlük ekran üzərindən toxunuşla kamera bucağını tənzimləmək, ön/arxa görüntülər arasında keçid etmək və ya eyni vaxtda göstərmək (Split Display) mümkündür.
Ağıllı Arxa Görüntü və Parkinq Rejimi: Avtomobili arxaya (R) verərkən ekranda avtomatik xətlər görünür. Əlavə Hardwire Kit (UP02/UP03) qoşulduqda 24 saatlıq zərbə sensoru və Time-Lapse rejimi aktivləşir.
Səsli İdarəetmə (Voice Control): "Take Photo", "Lock the Video" və ya "Show Rear Camera" kimi sadə ingilis dili əmrləri ilə əlləri sükandan çəkmədən idarə oluna bilir.