Xprinter XP-S200M Mətbəx və Kassa üçün Termal Qəbz Printeri (USB + LAN)
Xprinter XP-S200M — həm kassa nöqtələri, həm də restoran mətbəxləri üçün optimallaşdırılmış 80 mm termal printerdir. Nəmə və yağa qarşı dözümlü gövdə, eləcə də kağız çıxışını qoruyan xüsusi ön qapaq sayəsində mətbəx şəraitində etibarlı işləyir. Sifariş çap olunduqda aktivləşən güclü səs siqnalı və işıq indikatoru yeni çapları dərhal fərqləndirməyə kömək edir.
Qoşulma:
- USB və LAN portları — lokal kompüterə və ya lokal şəbəkəyə qoşularaq uzaqdan sifarişlər qəbul etmək imkanı
Xüsusiyyətlər:
- Brend: Xprinter
- Model: XP-S200M
- Çap eni: 80 mm termal kağız
- Çap sürəti: 200 mm/saniyə
- Siqnal və işıq indikatoru: var
- Mətbəx üçün davamlı korpus və qoruyucu ön qapaq
Qiymət: 140