Yazı masası üst rəf və dolab bölmələri ilə.
Ölçüsü: 140x90x50 sm
Ağ rəngli modeldir. Geniş iş səthi gündəlik dərs, ofis işi və kompüter istifadəsi üçün uyğundur. Üst hissədə 2 qapalı dolab, orta hissədə açıq rəflər və əlavə yan rəf bölməsi yerləşir. Alt hissədə isə 1 çekmece və 1 qapalı dolab var. Bu quruluş kitab, dəftər, sənəd, aksesuar və digər iş ləvazimatlarını səliqəli şəkildə yerləşdirməyə imkan verir.
Sadə və funksional dizaynı sayəsində uşaq otağı, yeniyetmə otağı və evdə iş guşəsi üçün uyğun seçimdir.
Təhvil gün ərzində. Şəhərdaxili çatdırılma pulsuz.