Yazı masası və üst dolablı funksional iş guşəsi.
Ölçüsü: 140x90x50 sm.
Model ağ rəngdədir və həm dərs oxumaq, həm kompüter işi, həm də ev-ofis istifadəsi üçün uyğundur. Geniş masaüstü rahat çalışma sahəsi yaradır. Üst hissədə 2 qapalı dolab və açıq rəflər yerləşir, bu da kitab, dəftər, aksesuar və dekor əşyalarını səliqəli saxlamağa imkan verir. Sağ tərəfdə 1 siyirmə və 1 qapalı alt bölmə mövcuddur. Sol tərəfi açıq ayaq hissəsi olduğuna görə oturarkən rahatlıq təmin edir.
Sadə və zövqlü dizaynı sayəsində uşaq otağı, gənc otağı və iş küncləri üçün əlverişlidir.
Təhvil gün ərzində.
Şəhərdaxili çatdırılma pulsuz.