Termo taburetka ilə birlikdə makiyaj masası.
Ölçüsü: 170 × 100 × 40 sm
Açıq ağac tonu və ağ rəng kombinasiyasında hazırlanmış funksional güzgülü makiyaj masasıdır. Modeldə geniş güzgü, qapaqlı üst dolab hissəsi, yan tərəfdə çoxsəviyyəli açıq rəflər və bir neçə saxlama çekmecəsi mövcuddur. Alt hissədə 3 ədəd iri çekmece, masa səthinin altında isə əlavə 1 çekmece yerləşir. Çekmecələrin birində kilid hissəsi var.
Kosmetika, ətir, dəriyə qulluq vasitələri, aksesuarlar və digər şəxsi əşyaların səliqəli yerləşdirilməsi üçün uyğundur. Güzgülü şkaf hissəsi əşyaların tozdan qorunaraq saxlanmasına kömək edir, açıq rəflər isə tez-tez istifadə olunan məhsullar üçün rahatdır.
Dəstdə termo taburetka da yer alır. Yataq otağı, qarderob sahəsi və şəxsi baxım guşəsi üçün praktik mebel seçimidir.