
Bakı3
Youtube üzrə mütəxəssis
Youtube üzrə mütəxəssis
1 000 ₼
Verified4 days ago
Description
"Baku TV" Youtube üzrə mütəxəssis vakansiyası elan edir. Öhdəliklər:Videoların YouTube kanallarına operativ yüklənməsi, yayımlanması və yayım cədvəlinin idarə edilməsi;Materiallara uyğun diqqətçəkən və məzmunu düzgün əks etdirən başlıqların, açıqlamaların, teqlərin və həşteqlərin hazırlanması;Video üzlüklərinin (thumbnail) hazırlanması üçün dizaynerə tapşırıqların verilməsi və nəticənin yoxlanılması;YouTube Shorts üçün uyğun materialların seçilməsi və müntəzəm paylaşılması;Pleylistlərin yaradılması və yenilənməsi, videolara son ekranların və məlumat kartlarının əlavə edilməsi;YouTube Analytics vasitəsilə baxış, kliklənmə faizi (CTR), izləmə müddəti və auditoriyanın saxlanılması göstəricilərinin təhlili;Kanalın böyüməsi və kontentin nəticələrinin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması;Müəllif hüquqları bildirişlərinin, platforma xəbərdarlıqlarının və monetizasiya statusunun izlənilməsi, problemlər barədə rəhbərliyin məlumatlandırılması;Redaksiya, montaj, dizayn və SMM komandaları ilə koordinasiyalı işin təşkili.Tələblər:Youtube kanallarının idarə olunması üzrə praktiki təcrübə;Youtube Studio və YouTube Analytics ilə işləmək bacarığı;Azərbaycan dilində düzgün və səlis yazı bacarığı;Xəbər gündəmini izləmək, operativ işləmək və materialları düzgün prioritetləşdirmək bacarığı;YouTube-un müəllif hüquqları və icma qaydaları haqqında biliklər;Məsuliyyətlilik, detallara diqqət və komanda ilə işləmək bacarığı;YouTube SEO-su və açar söz araşdırması üzrə biliklər üstünlükdür.Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına öz CV-lərinizi göndərə bilər və ya https://cv.management.az/vacancy/125 linkə daxil olub müraciət edə bilərlər.
ADVERTISEMENT













