Prayk

Zəmanət meneceri

Negotiable
Verified3 days ago
CategoryHR, staffing

№6370081·Views: 17

Description

Namizədə olan tələblər: Ali təhsil; Avtomobil sektorunda, xüsusilə servis və zəmanət proseslərində iş təcrübəsi; Avtomobillərin əsas texniki quruluşu və sistemləri haqqında ümumi bilik; Zəmanət siyasəti, zəmanət şərtləri və istehsalçı prosedurları ilə işləmə bacarığı; Servis proqramları və CRM/DMS sistemləri ilə işləmək bacarığı; Azərbaycan dili biliyi səlis, ingilis dili əla səviyyədə; MS Office, xüsusilə Excel proqramında işləmə bacarığı. Vəzifə öhdəlikləri: Avtomobillər üzrə zəmanət müraciətlərini qəbul etmək, yoxlamaq və idarə etmək; Servis tərəfindən təqdim olunan zəmanət işlərinin istehsalçı/diler zəmanət şərtlərinə uyğunluğunu yoxlamaq; Zəmanət işlərinin və ehtiyat hissələrinin düzgün kodlaşdırılmasına nəzarət etmək; Zəmanət müraciətləri üzrə lazımi sənədləri, foto/video materialları və texniki məlumatları toplamaq; Zəmanət müraciətlərini istehsalçıya və ya distribütora vaxtında təqdim etmək; İstehsalçı tərəfindən təsdiq, rədd və ya əlavə məlumat tələb olunan müraciətləri izləmək; Rədd edilmiş zəmanət müraciətlərinin səbəblərini araşdırmaq və zəruri hallarda yenidən baxılması üçün əsaslandırılmış müraciət hazırlamaq; Zəmanət çərçivəsində dəyişdirilmiş ehtiyat hissələrinin uçotunu və saxlanmasını təşkil etmək; Zəmanət üzrə kompensasiya və ödənişlərin istehsalçıdan alınmasına nəzarət etmək; Zəmanət xərcləri və geri ödənişlər üzrə mütəmadi hesabatlar hazırlamaq; Zəmanət müraciətlərinin statusunu CRM/DMS sistemində vaxtında yeniləmək; Servis, ehtiyat hissələri, texniki mütəxəssislər və satış komandası ilə koordinasiyalı işləmək; Təkrarlanan texniki problemləri analiz etmək və rəhbərliyə məlumat vermək; İstehsalçının yeni zəmanət qaydaları, texniki bülletenləri və prosedurlarını izləmək və servis komandasına çatdırmaq; Zəmanət müddətində olan avtomobillərlə bağlı müştəri müraciətlərinin düzgün istiqamətləndirilməsini təmin etmək; Zəmanət üzrə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək. İş şərtlərimiz: İş yeri: Üzeyir Hacıbəyli küç 157C Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Zəmanət meneceri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri və ya https://careers.ram.az/?vacancy=2591&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur. Son müraciət tarixi: 25.12.2026

© İMotors jobsearch.az · The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT