Şəhərin mərkəzinə yaxın, əlverişli ərazidə yerləşən 1 otaqlı həyət evi tələbə və işləyən bəylərə kirayə verilir.
Ev İnşaatçılar, Elmlər Akademiyası və 20 Yanvar metrostansiyalarından təxminən 15 dəqiqəlik, Bakı Biznes Universitetindən isə 20 dəqiqəlik piyada məsafədə yerləşir.
Mənzil 4 nəfərin rahat yaşaması üçün nəzərdə tutulub. Elan üzrə göstərilən kirayə haqqı bir nəfər üçün nəzərdə tutulub.
Ev təmiz, səliqəli və yaşayış üçün tam şəraitlidir. İçərisində 4 çarpayı, geyim dolabı, masa, stullar, soyuducu, paltaryuyan maşın və yüksəksürətli fiber-optik Wi-Fi internet mövcuddur. Mətbəx, hamam və sanitar qovşaq ayrıdır. Mənzildə nəmişlik problemi yoxdur, istilik sistemi isə mərkəzi istilik (otopleniye) vasitəsilə təmin edilir.
Həyətə giriş qapısı ev sahibi ilə ortaqdır. Lakin mətbəx, hamam, sanitar qovşaq və digər yaşayış sahələri kirayəçilərin ayrıca istifadəsindədir.
Kommunal ödənişlər və internet xərcləri kirayə qiymətinə daxildir.
Ev yalnız səliqəli, məsuliyyətli tələbə və işləyən oğlanlara kirayə verilir. Ailələr və xanımlar üçün nəzərdə tutulmayıb.
Vasitəçilərin (maklerlərin) narahat etməməsi xahiş olunur. Yalnız ciddi maraqlanan şəxslər əlaqə saxlaya bilərlər.
© Taleh bəy · evv.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.