🏡 ƏHMƏDLİDƏ APARTMAN TİPLİ BİNADA MƏNZİL SATILIR! – GİR YAŞA!
📍 Xətai rayonu, Köhnə Əhmədli, Ukrayna dairəsinin yaxınlığı, məscid ərazisi
Saray ab-havası, ürəkaçan atmosferi və yüksək zövqlə dizayn edilmiş interyeri ilə seçilən 3 otaqlı, super təmirli mənzil satışa çıxarılıb!
Mənzil bahalı və keyfiyyətli materiallardan istifadə edilməklə yüksək səviyyədə təmir olunub. Hər bir otağa təbii işıq düşür. Geniş və rahat planlaşdırılması ilə ailə yaşayışı üçün ideal seçimdir.
Mənzil haqqında:
- 3 otaqlı, radnoy layihəli mənzil
- 3 mərtəbəli binanın 2-ci mərtəbəsi
- Super təmir, bahalı materiallar
- Bütün otaqlarda pəncərə
- 2 geniş balkon
- Əşyalar mənzildə qalacaq
- Kombi sistemi və radiatorlar quraşdırılıb
- Qaz, su və işıq daimidir
- Bütün kommunal sayğaclar mövcuddur
- Gir-yaşa vəziyyətdədir
📑 SƏNƏDLƏŞMƏ BARƏDƏ:
Mənzilin sənədləri:
- Qanuni, möhürlü və imzalı texniki pasport
- Rəsmi mülk arayışı
Mənzildə hazırda heç kimin qeydiyyatı yoxdur. Alıcı mənzili əldə etdikdən sonra qanunvericiliyə uyğun qaydada özünü və ailə üzvlərini qeydiyyata sala bilər.
Alqı-satqı Xətai Rayon İcra Hakimiyyəti və bələdiyyə xətti ilə rəsmi qaydada həyata keçirilir. Ödənişdən sonra mülkiyyətin alıcının adına rəsmiləşdirilməsi nəzərdə tutulur.
📍 YERLƏŞMƏ:
- Əhmədli metrosuna təxminən 5–10 dəqiqəlik məsafə
- Ukrayna dairəsinə yaxın
- Məscidin yaxınlığında
- İcra Hakimiyyəti və bələdiyyəyə yaxın
- Ətrafda bütün zəruri infrastruktur mövcuddur
✨ Həm təmiri, həm yerləşməsi, həm də rahatlığı ilə seçilən bu mənzil əlavə xərc çəkmədən köçüb yaşamaq istəyənlər üçün əla fürsətdir!
⚠️ Xahiş olunur, yalnız real alıcılar əlaqə saxlasın.
📞 Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlayın.
Xidmət haqqı: 1%
Sanuzel: 1
Şərait: parklanma, mühafizə, kondisioner, istilik sistemi, paltaryuyan
Metro: H.Aslanov
© RAKSANA xanım · ev10.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.