Olympus Park – Botanic Garden layihəsinin 1-ci binasında, 12-ci mərtəbədə yerləşən 3 otaqlı mənzil satılır. Bakı şəhərinin seçilən və nüfuzlu yaşayış komplekslərindən birində yerləşən bu mənzil həm yaşayış, həm də investisiya məqsədi üçün əlverişli seçimdir.
Mənzil Qurd qapısı ərazisində, Botanika bağı ilə üzbəüz mövqedə yerləşir. Ətrafında məktəb, uşaq bağçası, xəstəxana, iri marketlər və digər vacib infrastruktur obyektləri mövcuddur. Təmiz havası və əsas magistral yola yaxınlığı ilə fərqlənir.
Layihənin ən uğurlu planlaşdırmalarından birinə malik olan mənzildə sahə itkisi minimum səviyyədədir. Mənzil 2 yataq otağı, geniş qonaq otağı, mətbəx, sanitar qovşağı və əlavə qarderob otağından ibarətdir.
Kompleksdə yeraltı avtodayanacaq mövcuddur və ərazi 24/7 mühafizə xidməti ilə qorunur.
Yaşamaq üçün rahat, gələcəkdə dəyər artımı potensialı yüksək olan sərfəli mənzil seçimidir.
Xidmət haqqı 2%-dir.
© ferman · evv.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.