Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinin Xasaxuna bağ massivində 4 sot torpaq sahəsində yerləşən iki yarımçıq tikili fərdi yaşayış evi satılır.
Torpaq sahəsinin hər tərəfi hasarlanıb və girişinə dəmir darvaza quraşdırılıb. Həyətdə iki ayrı tikili mövcuddur.
Birinci ev 11×10 metr ölçüdə, qoşa daşla və 9 daş kürsülü şəkildə inşa edilib.
İkinci ev 6×5 metr ölçüdə, tək daşla və 4 daş kürsülü tikilib. Evin dam örtüyü artıq quraşdırılıb.
Bundan əlavə, həyətdə tikintinin davam etdirilməsi üçün təxminən 1000 ədəd tikinti daşı mövcuddur.
Ərazi qaz və elektrik enerjisi ilə təmin olunub. Torpaq sahəsi və tikililər gələcək sahibinə öz istəyinə uyğun tamamlamaq və yaşayış şəraiti yaratmaq imkanı verir.
Əmlak şəxsi mülkiyyətimdədir. Satış zamanı birbaşa alıcının adına rəsmiləşdiriləcək.
Ətraflı məlumat almaq və əmlaka yerində baxış keçirmək istəyən ciddi alıcılar əlaqə saxlaya bilərlər.
© Elan sahibi · evv.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.