Mərdəkan qəsəbəsinin ən prestijli ərazilərindən birində, Qoşa Qala restoranına çatmamış, 5-ci dalan istiqamətində yerləşən, möhtəşəm dəniz panoramasına malik lüks villa-bağ evi satılır. Ümumi torpaq sahəsi 6 sot, yaşayış sahəsi 300 kv.m olan villa 2 mərtəbədən ibarətdir. Monolit konstruksiyalı ev zövqlə dizayn təmir olunub. 5 otaqdan ibarət olan villada geniş qonaq otağı-studio mətbəx, 4 yataq otağı və 3 qarderob otağı mövcuddur. Mətbəx Bosch markalı texnika ilə təchiz olunub. Evin istilik sistemi kombidir.
Həyətində filtr sistemi ilə təchiz olunmuş 10×5 metr ölçüdə hovuz, besedka, manqalxana və müxtəlif ağaclar mövcuddur. Həmçinin qarajı var. Qaz, su və işıq daimidir. Kupça (çıxarış) var.
Villanın əsas üstünlüklərindən biri möhtəşəm dəniz mənzərəsi və qarşısında tikinti aparılması nəzərdə tutulmayan açıq panoramadır. Həm daimi yaşayış, həm də rahat istirahət üçün ideal seçimdir.
© Firuzə xanım · evv.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.