Bakının elit komplekslərindən birində, 19-cu mərtəbədə, panoramik şəhər mənzərəli 4 otaqlı mənzil kirayəyə verilir.
Niyə bu mənzil fərqlidir?
Adi mənzil deyil. Mənzildə 5 balkon var (hər otağa özəl), onlardan ikisində və 2 hamamın döşəməsində İSTİ POL sistemi var - qışda ayağın üşüməyəcək. Hər otaqda kondisioner var. Ümumən 3 televizor mövcuddur - hər otaq tam techiz olunub, ütü və par ütü mövcuddur.
Plana görə 1 mərtəbədə cəmi 3 qonşu var, 2 lift işləyir (biri yük daşıma üçün biri ümumi istifadə üçün), lüft üçün növbə olmur. Binanı daimi mühafizə və polis qoruyur. Mənzilin otaqlarının heç biri qonşu mənzil ilə birləşik deyil, yalnız qonaq otağının girişində sol divarı birləşikdir.
Mənzil köç-yaşa vəziyyətdədir: super təmir, parket, kristal çilçıraqlar, şəkildə göstərildiyi kimi tam əşyalı və bütün mətbəx ləvazimatları ilə birgə verilir, mətbəxdə iki soyuducu və LORIN içməli su filtri mövcuddur, toxunulmayıb. Quraşdırılmış soba və mikrodalğalar, əlavə olaraq paltaryuyan və qabyuyan maşın da mövcuddur.
Hamamların biri jakuzi / hidromasajlıdır.
Ətrafda hər şey var: binanın altında market, aptek, iki restoran və əyləncə məkəzi, idman zalı, 55 və 56 saylı məktəblər, Günəş bağçası piyada məsafədə və yaxınlıqda Dost mərkəzi.
Ev yalnız ailələrə və uzunmüddətli verilir, ofis haqqı 25%
Baxış üçün əlaqə saxlayın.
Sanuzel: 2
Şərait: lift, parklanma, mühafizə, əşyalı, istilik sistemi, kondisioner, qabyuyan, paltaryuyan, quruducu
Metro: Xətai