
Aparıcı Mühasib

Negotiable
Aparıcı Mühasib
VerifiedYesterday
Description
Debitor və kreditor borclarının uçotunu aparmaq, kontragentlərlə üzləşmələr həyata keçirmək və hesablaşmalara nəzarət etmək; Vergi uçotunu təşkil etmək, xüsusilə ƏDV üzrə əməliyyatların düzgün uçotuna və vergi qanunvericiliyinə uyğun istifadəyə nəzarət etmək; Vergi öhdəliklərinin düzgün hesablanmasını və qanunvericilikdə müəyyən edilmiş müddətlərdə ödənilməsini təmin etmək; Mühasibat uçotunun qanunvericiliyin tələblərinə və tətbiq olunan standartlara uyğun aparılmasını təmin etmək; Gündəlik maliyyə əməliyyatlarını və ödəniş proseslərini planlaşdırmaq, koordinasiya etmək və nəzarətdə saxlamaq; İnternet Banking sistemləri vasitəsilə bank hesablarını idarə etmək və ödəniş əməliyyatlarını həyata keçirmək; Xəzinədarlıq portalı üzərindən ödənişlərin hazırlanmasını və icrasını təmin etmək; Müqavilələr üzrə maliyyə öhdəliklərinin icra vəziyyətini izləmək və nəzarətdə saxlamaq; Aylıq, rüblük və illik vergi, statistika və digər icbari hesabatları hazırlamaq və aidiyyəti dövlət qurumlarına təqdim etmək; Əsas vəsaitlərin, material ehtiyatlarının və digər aktivlərin uçotunu aparmaq; Büdcə vəsaitlərinin təyinatı üzrə istifadəsinə və büdcənin icrasına nəzarət etmək; İşçilərlə hesablaşmaların (əməkhaqqı, məzuniyyət, ezamiyyə və digər ödənişlər) düzgün uçotunu təmin etmək; Maliyyə hesabatlarını hazırlamaq, onların təhlilini aparmaq və rəhbərliyə təqdim etmək; Maliyyə göstəricilərini təhlil etmək, maliyyə risklərini və potensial problemləri əvvəlcədən müəyyənləşdirərək rəhbərliyə əsaslandırılmış təkliflər təqdim etmək; Audit, daxili nəzarət və vergi yoxlamaları zamanı tələb olunan maliyyə sənədlərini və məlumatları hazırlamaq, yoxlama proseslərində fəal iştirak etmək; Maliyyə proseslərinin optimallaşdırılması, standartlaşdırılması və daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq; Maliyyə şöbəsində iş bölgüsünün və maliyyə proseslərinin koordinasiyasına dəstək vermək; Dashboard və digər idarəetmə hesabatlarının hazırlanmasına və inkişaf etdirilməsinə töhfə vermək; Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsini, saxlanılmasını və arxivləşdirilməsini təmin etmək; Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: Qarabağ Universitetinin Klinikası
Yer: Xankəndi, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/karabakh/karabakh-aparici-muhasib-98133846/apply
Similar listings











Negotiable
Mikro biznes kreditləri üzrə Təcrübəçi Baş mütəxəssis (Bakı şəhəri filialları)
BakıYesterday 12:02




