Supertoys MMC komandamıza Art Direktor axtarırıq!
Marketinq fəaliyyətinin kreativ və vizual istiqamətinə rəhbərlik edəcək, ideyaların yaradılmasından onların vizual konseptə çevrilməsinə və reallaşdırılmasına qədər bütün prosesləri idarə edəcək, yaradıcı düşüncəyə, estetik zövqə və güclü idarəetmə bacarıqlarına malik mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri
Kreativ və vizual kontent fəaliyyətinin planlaşdırılması və idarə olunması;
Kreativ və kontent komandasının fəaliyyətinin koordinasiyası;
Brendin marketinq və kreativ kommunikasiya strategiyasının hazırlanmasında iştirak və vizual icrasına nəzarət;
Reklam kampaniyaları, mövsümi layihələr və xüsusi marketinq aktivlikləri üçün kreativ ideyaların və vizual konseptlərin hazırlanmasına rəhbərlik etmək;
Sosial media və digər kommunikasiya kanalları üçün vizual kontent strategiyasının və aylıq planların hazırlanmasını təmin etmək;
Foto və video çəkilişlərin konseptlərinin hazırlanması, təşkili və icrasına nəzarət etmək;
Kreativ ideyaların vizual və mətn formatında düzgün reallaşdırılmasını təmin etmək;
Reklam və kampaniya materiallarının keyfiyyətinə, brend üslubuna və kommunikasiya standartlarına nəzarət etmək;
Komanda üzvləri arasında iş bölgüsünü aparmaq, tapşırıqların icrasını və nəticələrini qiymətləndirmək;
Rəqib şirkətlərin marketinq fəaliyyətini, bazar tendensiyalarını və yeni kreativ yanaşmaları izləmək;
Marketinq fəaliyyətinin effektivliyini təhlil etmək və mütəmadi hesabatlar hazırlamaq.
Namizədə tələblər
Art Direksiya, qrafik dizayn, marketinq və ya kreativ kommunikasiya sahəsində minimum 3 il iş təcrübəsi;
Kreativ və dizayn komandalarının idarə edilməsi üzrə təcrübə;
Güclü kreativ düşüncə, vizual zövq və fərqli ideyalar yaratmaq bacarığı;
Sosial media, rəqəmsal marketinq və kontent istehsalı proseslərini yaxşı bilmək;
Foto və video istehsalı prosesləri haqqında anlayış;
Reklam mətnləri, vizual konseptlər və kreativ layihələrlə işləmək bacarığı;
Güclü kommunikasiya, təşkilatçılıq və liderlik bacarıqları;
Eyni zamanda bir neçə layihəni idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı.
İş şəraiti
İş qrafiki: Tam iş günü;
6 günlük iş rejimi;
AR qanunvericiliyinə əsasən rəsmi qeydiyyat;
Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir.
Mövzu hissəsində “Art Direktor”qeyd edərək CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Son müraciət tarixi: 25.12.2026
© Supertoys · jobsearch.az · The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.