166 Yükdaşıma və Logistika şirkəti “Senior Qrafik Dizayner” vakansiyası elan edir.
Tələblər:
Qrafik dizayn sahəsində minimum 4–5 il iş təcrübəsi (portfolio mütləqdir);
Adobe Photoshop, Illustrator və digər dizayn proqramlarında peşəkar bilik;
Kompozisiya, tipoqrafiya, rəng nəzəriyyəsi və vizual iyerarxiya üzrə güclü biliklər;
Sosial media və digital reklam dizaynları üzrə təcrübə;
Kreativ düşüncə və konseptual yanaşma bacarığı;
Eyni anda bir neçə layihəni idarə etmək və deadline-lara riayət etmək.
Vəzifə öhdəlikləri:
Sosial media platformaları üçün kreativ və diqqətçəkən vizualların hazırlanması;
Reklam kampaniyaları üçün banner, poster və digər dizayn materiallarının yaradılması;
Brendin vizual kimliyinin qorunması və inkişaf etdirilməsi;
Digital və çap materiallarının dizayn edilməsi;
Kreativ konseptlərin hazırlanması və həyata keçirilməsi;
Marketinq, SMM və video komandası ilə birgə işləmək.
İş şəraiti:
İş qrafiki: 09:00-18:00;
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
Ünvan: Zərifə Əliyeva 55.,Yeni Həyat Plaza.
Uyğun namizədlərdən CV və portfolio-larını “Senior Qrafik Dizayner” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.
Son müraciət tarixi: 16.12.2026
© 166 Yükdaşıma və Logistika · jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.