
8
Avtokar sürücüsü

700 ₼
Avtokar sürücüsü
VerifiedToday
Description
Vəzifə öhdəlikləri:
Yüklərin təyinatı üzrə təhlükəsiz şəkildə boşaldılmasını, daşınmasını və anbar/istehsalat sahələrində yerləşdirilməsini təmin etmək;
Avtokarın icazə verilən yükgötürmə normasına riayət etmək və yüklərin tarazlı daşınmasına nəzarət etmək;
İşə başlamazdan əvvəl texnikaya gündəlik vizual baxış keçirmək, işlək və təmiz saxlamaq, aşkar edilən nasazlıqlar barədə dərhal sahə rəisinə məlumat vermək;
Zavod ərazisində müəyyən edilmiş sürət həddinə, hərəkət nişanlarına və piyadaların təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
Verilən istehsalat tapşırıqlarını vaxtında və düzgün icra etmək;
Zavod üzrə əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək.
Namizədə tələblər:
Avtoyükləyici (avtokar) idarə etmək üçün müvafiq kateqoriyalı sürücülük vəsiqəsi və ya peşə sertifikatı;
İstehsalat və ya anbar sahəsində analoji iş təcrübəsi;
Yüksək diqqət, məsuliyyətlilik və intizamlılıq.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun olaraq rəsmiləşmə, 6 günlük iş həftəsi;
Nahar şirkət tərəfindən təmin olunur;
Əmək haqqı: 700 Azn;
Ünvan: Abşeron rayonu, Məmmədli kəndi;
Namizədlərdən CV-lərini "Avtokar sürücüsü" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Maaş: 700 AZN
Son müraciət tarixi: 23.12.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/unimetal-avtokar-surucusu-156728
ADVERTISEMENT








