Prayk
Sürücü — Nəqliyyat, logistika, anbar
Negotiable

Sürücü

VerifiedToday

№6292423·Views: 12

Description

Tələb olunan bilik, bacarıq və kvalifikasiyalar D kateqoriyalı sürücülük vəsiqəsinin olması mütləqdir; Sürücü vəzifəsində minimum 5 il iş təcrübəsi; Böyük şirkətlərdə və korporativ mühitdə sürücü kimi iş təcrübəsi olan namizədlərə üstünlük verilir; Rəhbər şəxslərin və şirkət əməkdaşlarının daşınması üzrə təcrübə; Yol hərəkəti qaydalarını və təhlükəsiz sürücülük prinsiplərini yüksək səviyyədə bilmək; Avtomobilin texniki vəziyyətinə ilkin nəzarət etmək bacarığı; Məsuliyyətli, intizamlı, punktual və etik davranış qaydalarına riayət edən olmaq; Məxfilik və konfidensiallıq prinsiplərinə riayət etmək; Əvvəlki iş yerlərindən müsbət referansların təqdim edilməsi üstünlük hesab olunur. Əsas vəzifə və öhdəliklər Şirkət əməkdaşlarının avtobusla işə gediş-gəlişinin və müəyyən edilmiş marşrutlar üzrə daşınmasının təmin edilməsi; Zərurət yarandıqda şirkətə məxsus minik avtomobilini idarə edərək rəhbər şəxslərin, əməkdaşların və qonaqların daşınması; Rəhbərlik tərəfindən verilən tapşırıqlar əsasında şəhərdaxili və şəhərlərarası səfərlərin həyata keçirilməsi; Sərnişinlərin təhlükəsizliyini təmin etmək və yol hərəkəti qaydalarına ciddi riayət etmək; Təyin edilmiş marşrut və iş qrafikinə uyğun olaraq vaxtında hərəkət etmək; Avtobus və minik avtomobillərinin texniki vəziyyətinə, təmizliyinə və düzgün istismarına nəzarət etmək; Avtomobillərin gündəlik texniki yoxlamasını aparmaq, nasazlıqlar barədə vaxtında rəhbərliyə məlumat vermək; Yanacaq sərfiyyatına, yürüş göstəricilərinə və avtomobillərin texniki xidmət ehtiyaclarına nəzarət etmək; Avtomobillərin texniki baxış və servis xidmətlərinin vaxtında həyata keçirilməsinə nəzarət etmək; Yol-nəqliyyat hadisəsi, avtomobil nasazlığı və digər fövqəladə hallar zamanı müvafiq prosedurlara uyğun davranmaq və rəhbərliyə məlumat vermək; Şirkətin nəqliyyat vasitələrindən yalnız xidməti məqsədlər üçün və təyin edilmiş qaydada istifadə etmək; Sərnişinlərlə nəzakətli davranmaq, şirkətin imicini və etik davranış standartlarını qorumaq; Xidməti səfərlər zamanı məxfilik və konfidensiallıq prinsiplərinə riayət etmək; Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 23.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/company-surucu-156720
ADVERTISEMENT