Binəqədi rayonu, Mir Cəlal küçəsində (9-cu mikrorayon, parkın yanı), prestijli və tam yaşayışlı yeni tikilidə 3 otaqlı əla mənzil satışa təklif olunur.
Mənzilin göstəriciləri:
Mərtəbə: 16 mərtəbəli binanın 4-cü mərtəbəsi (ən rahat orta mərtəbə).
Sahə: Texniki pasport üzrə 126.1 m² (MTK ölçüsü ilə 140 m²).
Sənəd: Çıxarış (Kupça) və Texniki pasport var. Tam rəsmi sənədləşmə.
Bina: 2010-cu il tikilisi olan möhkəm və yaşayışlı yeni tikili.
Təmir və planlama:
Klassik üslubda keyfiyyətli təmir olunub. Döşəmə təbii parket, qapılar fıstıq/palıd ağacındandır.
Otaqların bölgüsü: Geniş qonaq otağı (27 m²), iki rahat yataq otağı (19.2 m² və 18.2 m²), böyük dəhliz (29.3 m²), quraşdırılmış mebel və texnikası olan mətbəx (15.8 m²).
2 sanitar qovşağı: Geniş cakuzili hamam (7 m²) və ikinci sanitar qovşağı (5 m²).
Təchizat və infrastruktura:
Qaz, su, işıq daimidir. Kombi sistemi quraşdırılıb.
Səssiz liftlər, təmiz blok və geniş həyəti var.
Yaxınlıqda məktəblər, bağçalar, supermarkettlər və park yerləşir.